Eldəniz Qasımov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eldəniz Qasımov
Eldəniz Şahbaz oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Slavyanka kəndi
Vəfat tarixi
Vəfat yeri Gədəbəy rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu, Slavyanka kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1991-1992
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Eldəniz Şahbaz oğlu Qasımov (1973, Slavyanka, Gədəbəy rayonu18 iyun 1992, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid.

Həyatı

Qasımov Eldəniz Şahbaz oğlu 26 mart 1973-cü ildə Gədəbəy rayonu, Slavyanka kəndi anadan olmuşdur. 1988-ci ildə Slavyanka kənd orta məktəbini bitirmişdir.1988-ci ildən 1991-ci ilədək Gədəbəy rayonu, peşə məktə-bində oxuyub geniş profilli traktorçu peşəsi üzrə tam kursu bitirmişdir.

Hərbi xidməti

1991-ci ildə ordu sıralarına çağrılmışdır. Əvvəlcə Bakı şəhərində qulluq etmiş, sonra isə könüllü olaraq Gədəbəy bölgəsinə gəlmişdir. 18 iyun 1992-ci ildə Gədəbəy bölgəsində Azərbaycan Respublikasının Suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. [1]

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı". 2016-08-06 tarixində arxivləşdirilib.