Slavyanka (Gədəbəy)

SlavyankaAzərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd.[1]

Slavyanka
40°39′27″ şm. e. 45°48′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1844
Mərkəzin hündürlüyü 1.482 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.705 nəf.
Xəritəni göstər/gizlə
Slavyanka xəritədə
Slavyanka
Slavyanka

Yaşayış məntəqəsi çar hökumətinin köçürmə siyasəti ilə əlaqədar Krım yarımadasından gəlmələrin 1844-cü ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd köçürmə kampaniyasına rəhbərlik edən və burada yaşayan rus zabiti Slavinonun adı ilə adlandırılmış, 1854-cü ildən Slavyanka kimi rəsmiləşdirilmişdir.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4047 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Azərbaycanın dünya şöhrətli Slavyanka suları Slavyanka kəndinin təbii bulaqlarından çıxır. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii süfrə suyudur və Azərbaycanda, o cümlədən digər ölkələrdə qısa zaman ərzində məşhurlaşmışdır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]