Elmira Qasımova (dövlət xadimi, 1942)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elmira Qasımova
Elmira Məmməd qızı Qasımova
Doğum tarixi 1 dekabr 1942(1942-12-01) (81 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitu
Fəaliyyəti şairə
Üzvlüyü
Mükafatları "Xalqlar dostluğu" ordeni

Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974).

Həyatı

Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur.

Yaradıcılığı

E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.

Əsərləri

  • Sevdalı könül (şeirlər) (1973);
  • Axtar məni (şeirlər) (1979);
  • Zəriflik (şeirlər və poemalar) (1985);
  • Analar zərif olur (şeirlər) (1999);
  • Şirin duyğu (şeirlər və poemalar) (2007);
  • Xatirə (2007);
  • Ömürdən düşən yarpaqlar (şeirlər və poemalar) (2009).

Mənbə

  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.