Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974).
Elmira Qasımova | |
---|---|
Elmira Məmməd qızı Qasımova | |
Doğum tarixi | 1 dekabr 1942 (81 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitu |
Fəaliyyəti | şairə |
Üzvlüyü | |
Mükafatları |
Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur.
E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.