Enliyarpaq fillireya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Enliyarpaq fillireya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Enliyarpaq fillireya (lat. Phillyrea latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fillireya cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Aralıq dənizi sahilləri, Ön Asiya, Qərbi və Cənubi Zaqafqaziyadır.

Botaniki təsviri

Hündürlüyü 9 m-ə qədər olan, sıx, yumru çətirli, həmişəyaşıl kol və ya kiçik ağacdır. Yarpaqlarının uzunluğu 6 sm, enli-yumurtavari və ya oval formalı, tünd yaşıl rənglidir. Çiçəkləri ətirli, yaşımtıl-ağ rəngli, diametri 1 sm olan qalxanlara yığılmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri oktyabr ayında yetişir, dairəvi, mavi-qara rəngli və çəyirdəklidir. Qələmlə çoxaldılır.

Ekologiyası

Drenajlı torpaqlarda, günəşli və küləkdən qorunan yerlərdə yaxşı bitir. Parlaq yarpaqlarına görə çox dekorativdir, asanlıqla budanır.

Azərbaycanda yayılması

Bakı, Gəncə və s. rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi

Abşeronun yaşıllaşdırılmasında, qrup əkinlərində və ensiz alleyaların salınmasında istifadə edilir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 8.

Həmçinin bax