Fərhad Teymurov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərhad Teymurov
Teymurov Fərhad Dəmir oğlu
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi adı professor
İş yeri Azərbaycan Kooperasiya Universiteti

Teymurov Fərhad Dəmir oğlu — (d.1938- ö.2021) Azərbaycan Kooperasiya Universitetinin professoru.

Həyatı

Fərhad Dəmir oğlu Teymurov 1938-ci ildə anadan olmuşdur. 1956-ci ildə ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1961-ci ildə oranı bitirmişdir. 1967-ci ildə Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı İqtisad fakültəsində ( indiki Azərbaycan Kooperasiya Universiteti) baş müəllim, dossent, direktorun tədris işləri üzrə müavini vəzifələrində çalışıb.

2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Elmi şurasında professor vəzifəsinə seçilmişdir. 60-dan çox elmi və metodiki məqalənin, beş dərs vəsaitinin müəllifidir. Azərbaycan Kooperasiya Universitetinin Ümumi texniki fənlər kafedrasının müdiri işləyib.[1]

Kitabları

  • F.Teymurov, “Riyazi analizin qısa kursu”. Bakı, “Kooperasiya” nəşriyyatı, 2008. - 308 səh. 300 tiraj.
  • F.Teymurov, Ş.Cabbarov, Ə.Həsənov, M.Əfəndiyev, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012. - 228 səh. 500 tiraj.
  • F.D.Tеymurov. «Riyazi analizin qısa kursu». Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2012, səh. 304. (Təkrar nəşr)

Həmçinin bax

  • Ehtimal Nəzəriyyəsi və riyazi statistika (kitab)
  • Riyazi analizin qısa kursu (kitab)

İstinadlar

  1. "Azərbaycan Kooperasiya Universitetinin professoru Fərhad Teymurov vəfat edib". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.

Xarici keçidlər