Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti və ya qısaca AKUAzərittifaqın tabeliyində olan ali təhsil müəssisəsi.[1]

Azərbaycan Kooperasiya Universiteti
AKU
Xəritə
40°24′35″ şm. e. 49°50′16″ ş. u.HGYO
Əvvəlki adı 2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu
Şüar Uğurlu təhsil və yüksək karyera pilləsinə bizimlə qalx!
Əsası qoyulub 1964
Tip Ali Təhsil Müəsisəsi
Rektor Eldar Quliyev
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Nəcəf Nərimanov, 93
Metro Gənclik
Sayt aku.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökumətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq universitetdə magistr hazırlığı həyata keçirilir.

Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) m². tədris sahəsi ayrılmışdır. Həmçinin 4 kompüter laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi və arxiv fəaliyyət göstərir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

AKU-nun beynəlxalq əlaqələri aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir:

  • Xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması;
  • Beynəlxalq təhsil proqramlarında iştirak; (ERASMUS+)
  • Xarici ölkələrin ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq;
  • Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri ilə əməkdaşlıq;
  1. """Azərittifaq" barəsində yazılanlar həqitədən uzaq yalanlardır" - AÇIQLAMA". 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]