Fərman Eyvazlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov
Doğum tarixi
Doğum yeri Ağstafa
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti Yazıçı, jurnalist

Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Ədəbi fəailyyəti

Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır.[1] 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır.[1] 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur.[1]

Əsərləri

  1. Mən niyə qayıtmadım, Bakı, 1961.
  2. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.

Tərcümələri

  1. N.Nosov. Yamaq, Bakı, 1963.
  2. Y.Fuçik, B.Silovo. Radistin qutusundan üç Hərf, Bakı, 1963.
  3. Fateh Niyazi. Üçüncü qız, Bakı, 1964.
  4. J.Amadu. Su Kinkasın Qeyri-adi alümü, Bakı, 1964.
  5. Yapon xalq nağılları, Bakı, 1966.
  6. B.Rjevski. Heyvanat parkları şahının səhvi, Bakı, 1966.
  7. Yuqoslaviya hekayələri, Bakı, 1978.
  8. Ostan Vişnya. Məhşər Günü, Bakı, 1979.
  9. Vasil Bolşak. Köhnə Azar, Bakı, 1979.

İstinadlar

  1. 1 2 3 Prof. Dr. Sedat Adıgüzel.[1][ölü keçid] Azerbaycan Edebiyatı İsimler Sözlüğü.2012.AZEIS  (türk.)