Qaçaq Kərəm — Fərman Eyvazlının Qaçaq Kərəmdən bəhs edən romanı.
Qaçaq Kərəm | |
---|---|
| |
Müəllif | Fərman Eyvazlı |
Janr | Roman |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan SSR |
Orijinalın nəşr ili | 1986-1987 |
Nəşriyyat | Bakı Kitab Klubu (2015) |
Səhifə | I hissə: 490; II hissə: 224 |
Tiraj | 100 |
Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı...
Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur...
Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbliğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır.
Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1986, 1987, 1990-cı illərdə, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2015-ci ildə Bakı Kitab Klubunda 2 hissədə nəşr edilib. 2-ci kitaba ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsi və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir.[1]