Fəryad (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fəryad
Təsisçi Mahmud Qənizadə
Redaktor Həbib Urmulu
Yaranma tarixi 21 fevral 1907[1]
Dil Azərbaycan dili
Ünvan Urmiya

"Fəryad"Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri[1].

Tarixi

Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır[1].

Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi[1].

Cəmi 23 sayı işıq üzü görmüşdür[1].

Fəaliyyəti

"Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi[1]. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi[1]. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı[1]. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır[1].

Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi[1]:

Ömrünü qalma-qalla keçirdin,
Ey dost, qalx ki, artıq macal çalmağa.

Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir[2]. Bu şeirlərin çoxunun müəllifi məlum olmasa da, onların yetkin qələmə malik olan, vətənpərvər şairlər tərəfindən yazıldığı məlumdur[2].

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 67.  (az.)
  2. 1 2 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 70.  (az.)