Urmiya

Urmiya və ya Urmiyə (az.-əski. اۇرمیه‎, fars. ارومیه‎),[3] yerli əhali arasında Urmu (az.-əski. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanıUrmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyəİraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.

Şəhər
Urmiya
ارومیه
Bayraq
Bayraq
37°32′55″ şm. e. 45°04′03″ ş. u.HGYO
Ölkə
Tabesində Urmiya şəhristanı
Region Qərbi Azərbaycan ostanı
Başçı Məhəmməd Həzrətpur
Tarixi və coğrafiyası
Sahəsi
  • 42,7 km²
Mərkəzin hündürlüyü 1.332 m
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 441
Digər
urmia.ir
Urmiya xəritədə
Urmiya
Urmiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urmiya Tehrandan 596 km şimal-qərbdə və Urmiya gölünün qərb sahilindən 17 km məsafədə, Xoy ilə Salmas arasında NəqədəPiranşəhrə gedən yolun üzərində yerləşir.

2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.[4][5][6] Bundan başqa Urmiyada kürd, fars, aysorerməni azlıqlar da yaşayır.[7] Urmiya şəhəri ölkənin böyük kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada əsasən meyvə və tütün yetişdirilir.

Şəhərin xristian irsi günümüzə qədər qorunub saxlanmışdır. Şəhərdə yerləşən bir çox kilsə və kafedrallar bunun əyani sübutudur. Hələ IX əsrdə şəhərdə müxtəlif dinlərə mənsub insanlar birlikdə yaşayırdılar. Əksər hissəsi müsəlmanlardan ibarət olan şəhər nüfuzu bundan başqa xristianlar, yəhudilər, bahailər və sufilərdən təşkil olunmuşdu.

Urmiya sözünün mənşəyi

[redaktə | mənbəni redaktə et]

Urmiya adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Tarixçi, iranşünas Riçard Nelson Fraya görə Urmiya adı Urartu sözü ilə bağlıdır.[8] Digər bir tarixçi, hindoloq Tomas Burova görə isə Urmiya hind-iran dillərində urmi- “dalğa” və ya urmya “dalğavari”[9] mənasına gəlməkdədir. Yerli assurların dilində mia sözü “su” sözünün qarşılığıdır. Belə nəticəyə gəlmək olar ki, Urmiya qısaca “Su şəhəri” deməkdir. 1921-ci ildə şəhərin adı Urmiya ilə yanaşı həmçinin Urumiya və ya Urmi deyə bilinirdi. Pəhləvi sülaləsinin hakimiyyəti illərində, şəhər Rza şah Pəhləvinin şərəfinə "Rezaiyeh"[10] adlandırılırdı.

Urmiya şəhərinin tarixi çox qədim dövrlərdən bir çox yerli və xarici tarixçilərin diqqətini cəlb etmişdir. Rus şərqşünas Vladimir Minorskiyə görə hələ e.ə 2000-ci illərdə Urmiya düzlüyündə bir sıra yaşayış məskənləri yerləşirdi. Urmiya şəhərinin qədim tarixə malik olması faktını yazılı mənbələrdən əlavə şəhərin özü, habelə onun ətrafından əldə edilən maddi-mədəni abidələr də sübut edir. Urmiya və ona yaxın olan ərazilərdən arxeoloji tədqiqatlar zamanı tuncdan hazırlanmş uzun və gödək qılınclar, üstü naxışlı xəncərlər, ev əşyaları, zinət əşyaları və digər əşyalar əldə edilmişdir. Mütəxəssislərə görə buradan tapılan əşyalar eramızdan əvvəl VII-VI əsrlərə aiddir. Bundan başqa Urmiya ətrafındakı qədim xarabalıqlarda aparılan qazıntılar nəticəsində miladdan əvvəl XX əsrə aid əşyalar aşkar edilmişdir.[11][12] Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu ABŞ, İngiltərə və Fransa muzeylərində saxlanılır. Bundan başqa bu ərazidən tapılan əşyalar İrane Bastan Muzeyində də özünəməxsus yer tutur.

Qədim dövrlərdə Urmiya gölünün qərb sahili Gilzan adlandırılırdı. IX əsrdə burada müstəqil hakimiyyət bərqərar olmuşdu. Sonralar bu ərazi UrartuManna dövlətlərinin tərkibinə daxil edildi. E.ə VIII əsrdə, Midiya dövləti tərəfindən işğal edilənə qədər isə Assur krallığının vassalı oldu. Assur mənbələrində Armait (Urmeyate) qalasının adı Zibia (müasir Ziviyə) qalası ilə birgə çəkilir. Həmin mənbədə Manna dövlətinin paytaxtı olan İzirtu İzirtunun Zibia və Armait qalalarına yaxın yerləşməsi də göstərilmişdir. Assur hakimiyyətinin süqutundan sonra Urmiya şəhəri ParflarParslar tərəfindən idarə edilmiş, daha sonra Sasani imperiyasının ərazisinə daxil edilmişdir. 624-626-cı illərdə şəhər Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət edilmişdir. VII əsrdə ərəblərin Azərbaycanı işğalı ilə Urmiya şəhəri də ərəb sərkərdəsi Sədəqə ibin Sədəqə tərəfindən işğal edildi.[13]

Orta əsrlər dövrü

[redaktə | mənbəni redaktə et]

Artıq X əsrin ortalarında Urmiya Saları hökmdarı I Cüstan tərəfindən öz torpaqlarına daxil edilib idarəsi isə vəziri Cüstan ibn Şərmzana tapşırıldı. Lakin tezliklə Cüstan ibn Şərmzan I Cüstanın hakimiyyətini tanımadı (957). 960-cı ildə şəhəri möhkəmləndirib Deyləmlilərə qarşı mübarizəyə başlasa da bu mübarizə nəticəsiz qaldı və vəzir Urmiya şəhərinə çəkilməli oldu.

Şəhər XI əsrin II yarısında Rəvvadilər dövlətinin tərkibinə qatıldı. Rəvvadi hökmdarı Əbülhicanın dayısı Təbriz hakimi Vəhsudan ər Rəvvadi tərəfindən 1040-cı ildə bir çox oğuz türkünün qətl edilməsi nəticəsində oğuzlar Urmiyanı tərk edərək Hakkariyə yerləşdilər.

Urmiya və ətrafı XI əsrin ortalarında Səlcuq imperiyasının tərkibinə daxil edildi. Səlcuq sultanı Toğrul bəy Abbasi Xəlifəsinin qızı ilə evlənmək üçün 1063-cü ilin yanvar ayında Urmiyadan Bağdada yola düşmüşdü. Urmiyada Səlcuq hakimiyyətinin ən dəyərli örnəklərindən biri  

Şəhər 1149-cu ildə Məhəmməd Təpərin hakimiyyətində olmuşdur. İraq Səlcuq sultanı II Toğrulun 1189-cu ildə Əmir İzzəddin Həsənin yardımı ilə Uşnu, Salmas, Xoy və Urmiyanı talan etməsi Atabəy Qızıl Arslanın qəzəbinə səbəb olmuş nəticə də tərəflər arasında münaqişə yaranmışdır.[14][15] Artıq XII əsrin sonlarına doğru Səlcuqlu hakimiyyətinin zəifləməsi ilə Urmiya da daxil olmaqla bütün Azərbaycan Atabəylər dövlətinin hakimiyyətinə keçmişdir. Tarixçi İbnül-Əsir yazır ki, Atabəy hakimi Əbu Bəkir 1205-1206-cı ildə Marağa şəhərinə qarşılıq olaraq Uşnu və Urmiyanı Atabəy Əlaəddinə vermişdir. 1220-ci ildə şəhəri ziyarət edən Yaqut Həməvi Urmiya şəhəri haqqında yazır:

" ...mən özüm şəhəri görmüşəm, çox gözəl və bolluq olan bu şəhər əlverişli iqlim şəraitinə, təbii gözəlliyinə, suyunun, meyvəsinin, habelə bostanlarının çox olmasına görə bu dövrdə olan digər şəhərlərdən fərqlənir. "

Urmiya bu tarixdən qısa müddət sonra monqollar tərəfindən təqib olunan Xarəzmşah Cəlaləddinin hakimiyyəti altına keçmişdir. Cəlaləddin Əhlatı mühasirəyə aldığı bir zamandı Urmiya və Xoy ətrafında yaşayan Yıva türkmənlərinin Azərbaycanda bir sıra hadisələr törətdiyi xəbərini eşidir və 1226-cı ildə Urmiyaya qayıdaraq Türkmənləri bölgədən kənarlaşdırır. Qışı Urmiyada keçirən Cəlaləddin Urmiya, Salmas və Xoyu Səlcuq sülaləsindən olan xanımına bağışlamışdı.

Elxanilərin hakimiyyəti illərində Azərbaycanda iqtisadi və demoqrafik yüksəliş paralel formada baş vermişdir. Bu dövrdə şəhərin qalası Qazan xan tərəfindən təmir etdirilmiş, şəhərdə yeni zərbxana açılmışdı. 1340-cı ildə şəhərdə olmuş ərəb tarixçi Həmdullah əl-Müstəvfi yazır:

" ...bağları və meyvələrinin bolluğu ilə tanınan Urmiyan şəhərinin divani vergi gəlirləri 70 min dinardan çox idi. "

Elxanilər dövlətinin süqutu ilə şəhər ardıcıl olaraq Çobanilərin, Teymurilərin, Qaraqoyunlu, AğqoyunlularınSəfəvilərin hakimiyyətinə keçmişdir.

Səfəvilərin hakimiyyəti dövründə şəhər dəfələrlə Osmanlı hücumlarına məruz qalmış, osmanlılar tərəfindən ələ keçirmişdi. I Şah Abbasın dövründə müdafiə məqsədi ilə şəhərin cənub-şərqində qala tikdirildi və Əfşar elindən iyirmi min nəfər buraya köçürüldü. XVII əsrin sonlarında bölgə Səfəvilər tərəfindən idarə edilirdi. 1622-ci ildə, Səfəvi şahı I Şah Abbas Qəşəm Sultan Afşarı Mosul valisi təyin etdi. O tezliklə vəba xəstəliyinə tutularaq vəzifəsindən imtina etmiş, Azərbaycanın qərbinə köçərək burada Urmiya cəmiyyəti yaratmışdır.

Səfəvi dövrü səyyahları yazır ki, XVII əsrdə Urmiyada 10-15 min nəfər adam yaşayırdı.

1724-cü ildə Urmiya yenidən osmanlıların hakimiyyətinə keçdi. Nadir şah 1729-cu ildə bölgəni mühasirəyə alsa da, Həkimoğlu Əli Paşa və Rüstəm Paşa bir aylıq uzun müddətli mübarizədən sonra şəhəri tutmuşdular. Bu dövrdə Osmanlı dövləti tərəfindən hazırlanan torpaq qeydiyyatı dəftərində şəhərdə ümumilikdə 1391 ailənin yaşadığı və 77.920 akça vergi ödədikləri qeyd edilmişdir. Urmiya bu dövrdə Təbriz,  Ərdəbil və Marağadan sonra Azərbaycanın ən böyük 4-cü şəhəri hesab edilirdi.

Nadir şahın hakimiyyəti ələ almasından sonra Urmiya yenidən onun imperiyasına qatıldı. 1744-cü ildə Fətəli xan Əfşar Nadir şah tərəfindən Urmiya valisi təyin edildi.[16]

Urmiya xanlığı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Urmiya xanlığı

Xanlığın mərkəzi Urmiya şəhəri idi. Xanlıq Marağa, Xoy və Osmanlı imperiyası ilə sərhəd idi.

Xanlığın əsasını Nadir şah Əfşarın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı. Və Təbriz paytaxt oldu. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, MarağaSərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi. II İrakli QazaxBorçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi. Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar MakuƏrdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.[17]

Urmiya şəhəri 1760-cı ildə Kərim xan Zənd tərəfindən tutulmuşdu. Daha sonra Urmiya ardıcıl olaraq Rüstəm Xan Qasımlı və Rza Qulu xan tərəfindən idarə edilmişdir. İlk Qacar şahı Ağa Məhəmməd şah Qacar 1795-ci ildə məhz Urmiyada taxta çıxmışdır.  Qısa müddətli Qacar sülaləsinin də hakimiyyətinə keçən şəhər 1906-cı ildə osmanlılar, 1911-ci ildə isə ruslar tərəfindən işğal edilmişdi. I Dünya müharibəsindən sonra osmanlı ordusu 1918-ci ilin dekabr ayında Urmiyanı tərk etməyə məcbur olmuş, şəhər İranın tərkibinə qatılmışdır. Urmiyanın adı Rza şah Pəhləvinin şərəfinə Rızayeh adlandılırsa da 1979 İran İslam inqilabı ilə yenidən köhnə adı ilə əvəz edilmişdir.

XVIII yüzilin sоnu və XIX yüzilin əvvələrində оna dəyən dağıdıcı zərbələrlə baxmayaraq, şəhər öz əzəmətini hələ də saxlamışdır. Оnun tərifi həmin dövrdə yaşayan qərb və rus səyyahlarının əsərlərində öz əksini tapmışdır. Rus səyyahı Nikоlay Zeydlits yazır:

" Urmiya Azərbaycanın gözəl şəhəridir. О, özünün möhkəm qala divarları, gеniş, düz küçələri və çоxlu mеydanları ilə Təbrizdən

fərqlənir.

"

XIX yüzilin əvvələrində Azərbaycan şəhərlərinə səyahət edən Hacı Zeynalabdin Şirvani həmin dövrdə Urmiyanın vəziyyəti haqqında geniş və maraqlı məlumat verir. О yazır:

" Urmiya ruha qida vеrən, ürək açan, sağlam havaya və bоllu suya malik bir şəhərdir. Оnun həyətlərindən su axır... Çоx gözəl sahə və xеyir vеrən kəndlərlə əhatə еdilmişdi. Şəhərin rəngarəng mеyvələrlə dоlu səfalı bağları vardır. "

Urmiya şəhəri və ətrafı mütamadi olaraq kürd basqınlarına dağıntılarına məruz qalmışdı. Bu basqınlar Qacarlar dönəmində sona çatdı. Tarixçi Əminə Pakrəvan yazır:

" Urmu kəndlərini kürd qaçaqçılarının yağmalanmasından qurtaran Abbas mirzəyə Azərbaycanın bu bölgəsində ayrıca bir sеvgi var idi. Bu bölgələr həm də Əfşar sоyunun çоx оlduğu yеr idi. Çоx məğrur davranan avşarlara Abbas mirzənin еhtiyacı var idi. Süvariliyi bir kültür оlaraq ta qədimdən özləri ilə bərabər daşıyan Avşarlar Abbas mirzənin istəyinə müsbət

cavab vеrib оrdunun süvarilər qisminə qatılırdılar. Abbas mirzənin çətin günlərində də bəlli оldu ki, Avşarlar ənənələrdən gələn еhtiraslarını öz içlərində bоğaraq şahzadənin islahatlarına qarşı çıxmamışlar.

"

Urmiya soyqrımı

[redaktə | mənbəni redaktə et]

1917-1918-ci illərdə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən Urmiya, Səlmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı böyük dövlətlərin təşkil etdikləri, başda ermənilər olmaqla xristian ordusunun həyata keçirdiyi soyqırımı cinayətini özündə əks etdirən xeyli farsdilli mənbə və ədəbiyyat mövcuddur. Lakin Türkiyə Cümhuriyyəti “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”ndən (bundan sonra – ATASE) əldə edilmiş sənədlər ilk dəfədir ki, elmi dövriyyəyə daxil edilir. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Urmiya bölgəsində həyata keçirilən erməni və aysorların qanlı cinayətlərini Osmanlı dövləti yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bütün tədbirləri VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir.[18]

1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü.[19]

Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının İrandan geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtəlif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da artırdı.

Rus qoşunlarının İrandan geri çəkilməsindən sonra ingilis hərbi hissələri ZəncanMiyanəni işğal etdilər. Xoy və Urmiyada ingilis zabitlərinin komandanlığı altında polis və qoşun dəstələri yerləşdirildi. Müttəfiqlər azərbaycanlılara və osmanlılara qarşı erməniləri və aysorları silahlandıraraq onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni) 4 batareya, 300 nəfərlik süvari dəstə və bir pulemyot rotası təşkil etdilər. ATASE arxivindən əldə olunan sənədlər içərisində Cənubi Azərbaycan bölgəsində baş verən soyqırımıların iri dövlətlərin dəstəyi ilə həyata keçirildiyini təsdiq edən məlumatlar öz əksini tapmışdır. Həmin dövrdə 6-cı firqə komandanlığına göndərilən bir teleqramda: “Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlığı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ batareyası və çox sayda odlu silahın olması” haqqında məlumat verilmişdir.[20]

Ermənilər ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən aysorlarla ittifaqda idilər. Hətta, Anadolu bölgəsindən geri çəkilən rus qoşunlarının tərkibində olan ermənilər də Urmiya bölgəsinə gələrək buradakı erməni və aysorlarla birləşmişdilər. Onlar rus ordusuna məxsus silahları ələ keçirərək Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələrində yerli əhaliyə hücum edərək onları məhv etməyə başladılar.

Ermənilərin aysorlarla birlikdə Urmiyaya hücumundan bir görüntü (1918)

1918-ci ilin fevral-mart aylarında erməni-aysor birləşmələrindən təşkil olunmuş xristian ordusu Savuçbulaq bölgəsində geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirdilər. Silahlanmış dəstələr əsasən Urmiya və Dilman bölgəsində toplanmağa başladılar. ATASE arxivindən əldə olunan sənədlər içərisində hətta ingilislərin Alaçatı ətrafında gizli yollarla qatır aldıqları və 5000-ə qədər erməni mühacirini Dilman ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat verilir. Rusiya və Amerika Birləşmiş Ştatları kimi iri dövlətlərin himayəsinə arxalanan erməni-aysor hərbi birləşmələri Urmiya şəhəri ətrafında hərbi mövqe tutaraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qoyurdular.

Hətta Van bölgəsindən, Osmanlı hərbi hissələrinin önündən geri çəkilən erməni və aysorlar da Urmiya gölü ətrafında birləşərək yerli türk-müsəlman əhaliyə və Osmanlı qüvvələrinə qarşı vuruşmaq üçün hazırlığa başlamışdılar. Bunun qarşısını almaq məqsədilə Osmanlı qüvvələri həm Van bölgəsindən Urmiyaya doğru, həm də Ərbil və Rəvandiz bölgəsindən Cənubi Azərbaycan və Cənubi Qafqaza doğru hərəkət edirdi.[21]

Erməni və aysorların Urmiya bölgəsində Azərbaycan türklərini qətlə yetirməsi Osmanlı dövlətinin VI və III ordusuna məxsus hərbi hissələrinin Urmiyaya doğru qərb istiqamətindən hərəkətə başlamasına səbəb oldu. Osmanlı Dövləti Urmiya bölgəsində günbəgün artan erməni və aysorların qanlı fəaliyyətlərini yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün həyata keçiriləcək bütün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdi.

Xəlil paşanın 22 yanvar 1918-ci il tarixində Mosuldan Rəvandiz qrupu komandanlığına göndərdiyi teleqramında (ATASE, K. 3632, D.136, F. 003.) müxtəlif təhlükəsizlik mənbələrindən alınan məlumata görə Sakkız və Sovuçbulağın rus qoşunlarından təxliyə edilməsi və Urmiyanın da təxliyə olunacağı məlum olur. Bundan əlavə, sənəddə “Urmiya bölgəsinə təhlükəsizlik qüvvələrinin təyin edilməsi və göndərilməsi, erməniaysor qüvvələrinin hazırkı vəziyyəti haqqında alınan xəbərlərə ciddi əhəmiyyət verilməsi” tələb olunurdu. Xəlil paşanın yenə də 22 yanvar 1918-ci il tarixində ikinci ordu komandanlığına göndərdiyi digər şifrəli teleqramda Sakkız və Savuçbulağın rus qoşunları tərəfindən boşaldılmasına dair xəbərlər, bölgədəki erməni və aysorların fəaliyyətinə dair məlumatlar vermişdir. Sənəddə qeyd olunur ki, “15 dekabr 1917-ci il tarixində İttifaq dövlətləri ilə Rusiya arasında imzalanan sülhün maddəsinə uyğun olaraq ərzaq tədarük edən Şəmdinan ətrafında yerləşən kəndlərimiz ruslar tərəfindən xoş rəftar görsə də, erməni və aysorlar tərəfindən məhv edilmişdir. Canlarını qurtara bilənlərin ifadələrinə görə Urmiyanın cənub tərəfində iki minə qədər erməni və aysor qüvvələri vardır”.

Rus qoşunlarının İranı təxliyə etməsi uzun zaman həm Osmanlı, həm də İran torpaqlarında müstəqil dövlət qurmaq məqsədi güdən erməni və aysorların xəyallarının boşa çıxmasına səbəb oldu. 1918-ci ilin əvvəlindən başlayaraq erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı görünməmiş vəhşiliklə həyata keçirdikləri qətliamlar intensivləşdi. İlk kütləvi qətliamlar 1918-ci il fevralın əvvəllərində Urmiya şəhərində birləşmiş xristian ordusu tərəfindən azərbaycanlıların məhv edilməsi ilə başlandı. 22 fevral cümə günü Urmiya əhalisinin 3 günlük fasiləsiz qırğını başlandı. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edildi. Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidildi, …günahsız insanların çığırtısı qulaq batırırdı. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürdülər.[22]

Erməni və aysor silahlı birləşmələrinin bu soyqırımıları həyata keçirən zaman toplardan istifadə etmələri daha çox insanın məhvinə səbəb oldu. ABŞ-nin Urmiyadakı konsulu Şedin hiyləsi ilə tərk-silah olunmuş və heç bir yerdən kömək görməyən azərbaycanlılar ailələrini başqa yerə köçürüb, döyüşmək qərarına gəldilər. Soyqırımının baş verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvinin yazdığına görə, şəhəri top atəşinə tutan ermənilər əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olub dinc əhaliyə divan tutur, evləri yandırır, kütləvi qətl-qarət törədirlər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Ə.Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır (Seyid Əhməd Kəsrəvi. “Tarix-e 18 sale Azərbaycan”. Tehran, 1350, s.919). Xəlil paşanın Mosuldan VI firqə komandanlığına 12 mart 1918-ci il tarixində göndərdiyi teleqramda Urmiya bölgəsində ermənilərin vəhşilikləri haqqında “….ermənilərin əhalini soyub-talayan, təhdid edən müxtəlif dəstələrinin birləşməsi ehtimalı vardır” şəklində qiymət verərək, görüləcək tədbirlə bağlı “Buna isə bizim süvarilərdən istifadə edərək Üşnünü ələ keçirib əhalini himayə etməklə mane ola bilərik” demişdir. Teleqramdan məlum olur ki, Üşnü bölgəsində ermənilər və aysorlar yerli türk-müsəlman əhalinin evlərini yandırmış və onları qətlə yetirmişlər.[23]

Erməni-Aysorlər Urmu, Salmas və Köhnə-şəhər hakim olduqdan sonra, Şərəfxana limanında rusların qoyub getdiyi silahları Urmuya gətirmək üçün 12 Juni 1918-ci ildə (22 Tir 1297) seçilmiş və təcrübəli 180 nəfərlik bir silahlı dəstəiylə Şərəfxanaya hücuma geçirlər. Onlar Rusların Urmunun Gülmanxanasında olan Çernoziyev adında topli gəmi və bir yük daşıyan gəmilə birlikdə tamamən xəbərsiz hücum edirlər, lakin Azərbaycan Demokrat firqəsi bu işdən xəbər tutduqdan sonra Urmulu Həbibollah-Xan Ağazadənin başcılığı ilə Fədai və Mücahid dəstələri və 150 nəfərlik Osmanlı Türk əsir düşən Əsgərlərlə birlikdə düşmənə qarşı hücum edib, gəmilərə girərək onları öldürüb və orada olan bütün silahları öz əllərinə keçirmişlər.

Bu uğursuz hücumdan xəbərdar olan düşman onun intiqamını Urmudan alaraq, iki min nəfərdən çox Urmu şəhərində günahsız insanı 4 Juni 1918-ci ildə (24 Tir 1297) qətliam edir. Urmu çevrəsindəki Azərbaycan Türkləri altı aya yaxın dəhşətli anlar, qanl qadalı günlər geçirərək, əlaqələri bütün dünyadan qopmuş və umudları hər yerdən kəsilmişdir. Bütün bu müddət ərzində Osmanlı Türk ordusu Azərbaycanın Qərbində Ruslar və onun müttəfıqləri olan Asuri və Erməni daşnaklarına qarşı savaşır, gah dümanı məğlub edib bəzən də məğlub olub, nəhayət qəhrəman Türk ordusu düşmana qələbə çalaraq, Çərşənbə günü 11 Avgust 1918-ci ildə (8 Murdad 1297) Urmu şəhrinə girmişdir. Türk ordusunun zəfərlə Urmuya doğru gəlməsini eşidən düşman, şəhərlərimizi talıyıb qarət etdikləri qiymətli əşyalarla 45 min nəfər civarında Salmas və Urmu Erməni-Aysorləri, gəlmələrlə birlikdə şəhərləri tərk edib, Sulduz yolu ilə Sayın Qala və Tikan-təpəyə doğru qaçmaqa başlayırlar.

Türk ordusunun ön qaravulları olan qeyrinizami kürd silahlı dəstələri, ilk şəhrə girənlərdən olmuşdur və onlar Türk ordusu şəhərə girmədən əvvəl çapılmış, qarət olunmuş əhalinin qalan əşyalarınıda talamış, lakin ordu gələndən sonra günahkar Kürdlərin bəzilərini yaxalanıb edam etməklə qayda qanun yaranmış və əmin-amanlığı yenidən bərpa etmişlər. Türk ordusu qaçmayan Erməni-Aysor başcılarını tutub və onlar xalq-məhkəməsində öz cəzalarına çatdırılmışlar.[24]

Kütləvi informasiya vasitələri

[redaktə | mənbəni redaktə et]

Urmiyadan yayımlanan yeganə kanal dövlət kanalı olan Urmiya TV-dir. Bu kanal həm azərbaycanca, həm də farsca tele yayımlar həyata keçirir. Beynəlxalq İntelstat 902 peykindən yayımlanır.[25]

Urmiyadan yalnız bir radio kanalı fəaliyyət göstərir. Bu kanal azərbaycanca, farscakürdcə yayımlar keçirən Çiçest kanalıdır.[26]

Digərləri ilə birlikdə şəhərin çap mətbuatı bunlardır:

  • Urmiya
  • Barış news
  • Sədaye Urmiya
  • Əmanət
  • Guşə
  • Araz

Urmiya sakinlərinin əksəriyyəti nəqliyyatda maşınlardan istifadə edir. Bu zaman hərəkət yollar və magistr şəbəkələri vasitəsilə həyata keçirilir. Şəhərdə həmçinin taksilar və ictimai avtobuslar da fəaliyyət göstərir. Urmiya şəhəri üçün metro xətləri çəkilişinin nəzərdə tutulduğu bildirilir.

Urmiya Sero sərhəd keçid məntəqəsi və Türkiyə yolları vasitəsilə Avropa ilə quru əlaqəsinə malikdir. Urmiyada hava limanı da vardır. 1964-cü ildə fəaliyyətə başlamış hava limanı Qərbi Azərbaycan ostanında ilk hava limanıdır. Bu hava limanından bir neçə şəhərə davamlı olaraq təyyarə uçuşları həyata keçirilir.

Urmiya dəmiryoluna da sahibdir. Bu dəmiryolu İranın dəmiryolları sistemi ilə birləşmiş vəziyyətdədir.

Səhiyyə sistemi

[redaktə | mənbəni redaktə et]

İran hakimiyyətinin Urmiyanın metropoliya bölgəsində ictimai xətstəxanaları vardır. Şəhərdə, həmçinin çox sayda özəl xəstəxanalar və tibbi mərkəzlər də fəaliyyət göstərir. Xəstəxanalar bunlardır:

  • 523 Arteş (Ordu) Xəstəxanası
  • Artefian Xəstəxanası[27]
  • Azərbaycan Xəstəxanası[28]
  • Qulupur Uşaqları Xəstəxanası
  • İmam Xomeyni Xəstəxanası[29]
  • İmam Rza xəstəxanası
  • Milad Beynəlxalq Tibbi Mərkəzi[30]
  • Mütəhəri Xəstəxanası[31]
  • Ümid Xəstəxanası[32]
  • Razi Psixoloji Xəstəxanası[33]
  • Taleqəni Xəstəxanası[34]
  • Seyidəşühəda Ürək Xəstəxanası[35]
  • Şəfa Xəstəxanası[36]
  • Şəms Xəstəxanası[37]
  • Solatı Xəstəxanası[38]

Klinikalar bunlardır:

  • Fatimiyyə Pro-Medikal Klinikası
  • Kosar Pro-Medikal Qadın Klinikası

Urmiya şəhərində konsulluğu olan yeganə dövlət Türkiyə Respublikasıdır. Türkiyənin konsulluğu Behişti prospektində yerləşir.

Parklar və turizm mərkəzləri

[redaktə | mənbəni redaktə et]
Ellər Bağı

Urmiyada xeyli sayda parklar və Urmiya gölü boyunca turistik sahil qəsəbələri mövcuddur. Urmiyanın ən qədim parkı Pəhləvi sülaləsinin hakimiyyəti zamanı tikilmiş "Park-e Saat"dır. Urmiyadakı ən böyük park isə "Ellər bağı" parkıdır. Bu bağ Şəhər çayının üzərində salınmışdır.

Göllər və gölcüklər:

  • Urmiya Gölü Milli Parkı
  • Həsənli gölü
  • Marmişo gölü
  • Şəhrçay bəndi
  • Urmiya gölünün adaları
  • Həft Abad
  • Sule Dokel(Sulartökülər)
  • Danaboğan
  • Əli pəncəsi
  • İsti su

Parklar:

  • Saat parkı
  • Cənəllik parkı
  • Ellər bağı
  • Şəhər parkı
  • Çaykənar parkı
  • Şağayeq parkı
  • Əlqədir parkı
  • Oval parkı
  • Qaem parkı

Mənzərəli sahil kəndləri:

  • Çiçest
  • Bari
  • Fanus
  • Siyer
  • Bənd
  • Xoşako

Landşaft məkanları:

  • Qasımlı çökəkliyi
  • Kazım Daşı adası
  • Kəştiban(Gəmiçi) kəndi
  • İmamzadə kəndi
  • Silvana bölgəsi
  • Daş Ağıl kəndi
  • Nazlı bölgəsi
  • Dalamper
  • Kəbudan (Qoyun dağı) adaları[39]
Aşıq musiqi qrupu
Urmiya Cümə məscidi

Urmiyada yaşayan Azərbaycan türklərini Novruz, Qurban və s. kimi bayramlarda xüsusi festivallar və mərasimlər keçirirlər.

Aşıq musiqisi bütün dünyadakı türk xalqlarının özəlliklərindən biridir. Bu musiqinin İrandaAzərbaycan Respublikası ərazisində müxtəlif versiyaları mövcuddur.[40] Bir çox ekspertlər düşünür ki, Urmiya aşıq musiqisi ən qədim və orijinal versiyaya ən yaxın aşıq musiqisidir. Bu aşıq məktəbi günümüzə qədər davam edir. Urmiya aşıq musiqisi məktəbi İranın milli irsi siyahısına əlavə edilmişdir.

  • Təbiət Tarixi Muzeyi (Urmiya ətrafında yaşayan heyvan nümunələri sərgilənir)
  • Urmiya Muzeyi (Şəhid Behişti Universitetinin Arxeologiya fakültəsinin muzeyidir)
  • Urmiya Əl İşləri və Klassik İncəsənət Muzeyi
  • Urmiya Antropologiya Muzeyi

Urmiyanın ən tanınmış ənənəvi şirniyyat və yeməkləri bunlardır:

Urmiya Yarpaq dolması
  • Gözləmə
  • Urmiya (Ağ lobya) qarası
  • Qanqal qarası
  • Şorca
  • Yetimçə
  • Toyuq küftəsi
  • Qızartma
  • Yarpaq dolması
  • Keşniş kababı
  • Yeralma (Kartof) kababı
  • Kələm dolması
  • Mala soğanı qovurması
  • Yarma şorbası
  • Ayran aşı
  • Kələm (Yırtıqlı, Turşulu) aşı
  • Bastıq
  • Quymaq
  • Yerkökü halvası
  • Umac halvası
  • Sucuq
  • Nisar halvası
  • Noğul
  • Qoz (Cəviz) halvası
  • Ənənəvi araqlar , çörəklər, mürəbbələr və sairə.[41][42][43]
Urmiyada bıçaqçılıq
Urmiyanın qapalı bazarında satılan mis qablar
  • Xalçaçılıq
  • Tikmə əl işləri
  • Kilim toxumaq
  • Cecim toxumaq
  • Oyma əl işləri
  • Heykəltəraşlıq
  • Dulusçuluq
  • Bıçaqçılıq
  • Misgərlik
  • Boyaqçılıq
  • Muncuq tikmə
  • Ağac əl işləri (sənayesi)[44]
Urmiyada bir məktəb (1910)

İlk müasir üslubda məktəb 1834-cü ildə Urmiya ildə yaradılmışdır.[45]

Təxminən bir əsr əvvəl Urmiya ali təhsil mərkəzi kimi çox yüksək mövqeyə sahib idi. İranın ilk müasir universiteti olan Urmiya Tibb Kolleci 1878-ci ildə burada doğulub-böyümüş presviterian missioneri olan İosif Cuçran tərəfindən Urmiya şəhərində yaradılmışdır. Lakin bu kollec İranın rəsmi ilk müasir universiteti olan Tehran Universitetinin yaradılmasından belə əvvəl bağlanmışdır. Bugün Urmiya şəhəri müxtəlif dövlət və özəl universitetlər, inistitutlar ilə təhsil sahəsində çox mühüm rola malikdir.

Urmiya bilim və texnologiya mərkəzinin binası

Şəhərdəki universitetlər:

Universitetlər Veb saytlar
Urmiya Universiteti [1]
Məlik Əştar Texnologiya Universitetinin Urmiya filialı [2]
Tibbi Elmlər üzrə Urmiya Universiteti [3]
Urmiya Texnologiya Universiteti [4]
Urmiya İslami Azad Universiteti [5]
Urmiya Pəyame Nur Universiteti [6]
Urmiya Elmi Karburdi Universiteti [7]
Səba Universitet Kolleci [8]
Azərabadegan Universitet Kolleci [9]
Elm O Fan Universitet Kolleci [10]
Kamal Universitet Kolleci [11]
Şəhid Behişti Texniki Məktəbi [12]
Qazi Təbatəbai Texniki Məktəbi [13]
Urmiya Qızlar Texniki Məktəbi [14]
Nəcənd Ali Təhsil İnistitutu [15] Arxivləşdirilib 2019-08-19 at the Wayback Machine
Afaq Universitet Kolleci [16]
  • Əllamə Təbatəbai kitabxanası
  • Urmiya Mərkəzi Kitabxanası
  • Qaem Kitabxanası
  • İran İslam Respublikasının Təhsil Nazirliyinin Kitabxanası
  • İmam Əli Kitabxanası
  • Qanun Pərvareş Fəkri Kitabxanası
  • Xanaye Cavan Kitabxanası
  • Şəhid Mürtəza Mütəhhəri Kitabxanası
  • Şəhid Məhəmməd Cavad Bahunar Kitabxanası
  • Urmiya Mədəniyyət və Rəssamlıq Mərkəzinin Kitabxanası
2000-ci ildə Urmiya şəhərində
əhalinin etnik tərkibi[46]
etnik qrup nisbəti
Azərbaycanlılar
  
90.70%
Kürdlər
  
5.50%
Assuriyalılar
  
1.70%
Farslar
  
1.60%
Ermənilər
  
0.50%

2016-cı il siyahıyaalmasına görə Urmiya şəhərinin əhalisinin sayı 736,224 nəfərdir. Əhalinin artım göstəricisi ilə illik 2 faizdir. Hər evə düşən adam sayı isə 3.27 nəfərdir. Şəhər əahlisinin əksəriyyətini - təxminən 90 faizdən çoxunu - Azərbaycan türkləri təşkil edir.[47][48][49][50] Əhalinin digər qismini isə ermənilər, kürdlər, assuriyalılar təşkil edir. Bu qrupların bir hissəsi isə nisbətən yaxın tarixdə bu şəhərə köçmüşdür.[51][52]

Urmiyanın iqlimi soyuq yarı-ariddir və soyuq qışlı, mülayim yazlı, isti, quru yaylı və isti payızlı kontinental iqlimlə qonşudur. Bölgəyə yağıntının çox hissəsi payızın sonlarında, qışda (əsasən, qar formasında) və yazda düşür. Yayda yağın nadir hallarda yağır. Urmiyada hava temperaturu dağlıq bölgədə yerləşməsinə görə İranın digər bölgələri ilə nisbətdə daha soyuqdur. Ənənəvi kontinental iqlimə görə quru olsa da, kifayət qədər soyuq qışa malikdir.

hideİqlimə dair məlumatlar
Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Rekord yüksək dərəcə °C (°F) 16.4

(61.5)

18

(64)

26

(79)

26

(79)

30.6

(87.1)

36

(97)

38

(100)

38

(100)

35

(95)

30

(86)

22

(72)

17

(63)

38

(100)

Ortalama yüksək dərəcə °C (°F) 2.6

(36.7)

4.8

(40.6)

10.4

(50.7)

16.8

(62.2)

22.2

(72.0)

27.5

(81.5)

31.2

(88.2)

31.0

(87.8)

27.1

(80.8)

20.1

(68.2)

12.2

(54.0)

5.7

(42.3)

17.6

(63.7)

Günlük ortalama dərəcə °C (°F) −3.3

(26.1)

−1.5

(29.3)

4.5

(40.1)

10.5

(50.9)

15.5

(59.9)

20.2

(68.4)

23.8

(74.8)

23.1

(73.6)

19.0

(66.2)

12.5

(54.5)

6.1

(43.0)

0.4

(32.7)

10.9

(51.6)

Ortalama aşağı dərəcə °C (°F) −6.1

(21.0)

−4.8

(23.4)

−0.1

(31.8)

5.2

(41.4)

9.1

(48.4)

12.9

(55.2)

16.6

(61.9)

15.9

(60.6)

11.5

(52.7)

6.6

(43.9)

1.4

(34.5)

−3.2

(26.2)

5.4

(41.8)

Rekord aşağı dərəcə °C (°F) −22.8

(−9.0)

−22

(−8)

−19

(−2)

−12

(10)

−1.6

(29.1)

4

(39)

10

(50)

8

(46)

3.4

(38.1)

−5

(23)

−13.4

(7.9)

−20

(−4)

−22.8

(−9.0)

Ortalama yağıntı mm (inç) 30.2

(1.19)

33.2

(1.31)

52.3

(2.06)

62.2

(2.45)

45.6

(1.80)

14.2

(0.56)

5.5

(0.22)

2.1

(0.08)

4.4

(0.17)

21.8

(0.86)

40.0

(1.57)

29.7

(1.17)

341.2

(13.43)

Günlük ortalama yağıntı 9.6 9.4 11.4 12.7 12.0 5.0 2.2 1.7 2.1 7.1 8.3 8.5 90
Günlük ortalama qar yağıntısı[53] 8.5 7.5 3.7 0.8 0.0 0.0 0.0 0.0 0.0 0.3 1.5 5.5 27.8
Ortalama nisbi rütubət (%) 76 74 65 60 58 51 48 48 49 60 70 74 61
Ay üzrə günəşli saatlar[54] 114.0 132.9 169.6 197.9 268.6 344.3 364.0 341.2 293.1 222.3 166.4 118.7 2,733

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]

Tarixi boyunca Urmiya İran miqyasında məşhur olan bir çox ziyalıya və müasirləşmə tərəfdarlarına, hərəkatlarına ev sahibliyi etmişdir. Bu şəhər bir çox siyasətçinin, inqilabçının, aktyor və aktrisanın, hərbi liderlərin anadan olduğu yer olmuşdur.

Aşağıda göstərilən şəxslər yuxarıda saydığımız kateqoriyalarda olan insanların bir hissəsidir:

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Əyalət meydanı və çevrəsindəki tarixi tikililərin gecə görünüşü

Urmiya qədim tarixə sahib olduğuna görə ərazisində bir çox mədəniyyət abidələri mövcuddur. Memarlıq abidələrinə örnək olaraq Əski Cümə məscidini, Sərdar və Urmiya minarəsini, Əlaviyan minbərini, Mir Davud məzarını, Köhnə bazarı, Çaharbürc binasını, İsmayıl Ağa, Kazım xan, Bərdük, Damdaş və Baxışqala qalalarını, BurlaxatunÜç Günbəz türbəsini örnək göstərmək olar. Urmiya habelə, gözəl təbiətə malik olduğuna görə də, bir çox möhtəşəm təbiət abidələrinə də evsahibliyi etməkdədir. Bunlara örnək olaraq, İran hakimiyyəti tərəfindən məqsədli şəkildə məhv edilən Urmiya gölünü, Şahı adasını, Osman Yumruğu adasını, Kazım Daşı adasını, Zənbil, Həfttəpə və Qaynaryer mineral və qaynar su mənbələrini göstərmək olar. Burlaxatun türbəsi İranın Urmiya şəhərində yerləşən “Kitabi-Dədə Qorqud” dastanında adı keçən Burlaxatunun adını daşıyan türbədir. [67]

Burlaxatunun türbəsi Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın içində 30 fut (4-5 metr) hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm Qasımlı və Asif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara çıxarıblar. Onlar türbənin bir hissəsinin uçduğunun və 30 futluq başdaşının yalnız bir hissəsinin qaldığını qeyd ediblər. Tədqiqatçı alimlər bu məzarın tapılmasında Adam Olearinin verdiyi koordinatlardan istifadə ediblər.[68]

Abidə tam tədqiq edilib öyrənilməsə də, onun məşhur türk dastanının gözəl qəhrəmanı Burla xatunun adını daşıması xüsusi maraq doğurur. Tədqiqatların nəticəsində qalanın İslamdan öncəki dövrə aid olduğu qeyd olunur.

Cümə məscidi İranın Urmiya şəhərində yerləşən məsciddir. Urmiya Cümə məscidi Azərbaycan memarlığının SəlcuqluElxani mərhələlərini öyrənmək baxımından mühüm abidədir. Urmiya şəhərinin ən mühüm abidələrindən olan Cümə məscidi geniş ərazini tutur. İç həyəti güneydən qapayan uzunsov tikili (uzunluğu 80 metrə yaxın) məscidin əski hissəsidir. Bu hissə də birbaşa tikilməmişdir. Onun kompozisiya mərkəzi tikintisi XII yüzilə aid edilən səlcuq məqsurəsidir. Plan məkan quruluşuna görə Mərənd məqsurəsinə oxşayan Urmiya cümə məscidinin məqsurəsinə sonradan şərq tərəfdən kiçik, qərb tərəfdən isə uzunsov üç nefli iri salon artırılmışdır. İndi məqsurənin kubvari gövdəsi ona bitişik salonların alçaq tutumundan xeyli yüksəyə qalxır. Urmiya Cümə məscidinin özəyi ilkin halında güney tərəfi bütöv,üç tərəfinin hər birində iki uca sivri tağ açırımı olan və günbəzlə (diametri 11,5) örtülən səciyyəvi səlcuq məqsurəsi olmuşdur. Günbəzə keçid bölümü səkkizüzlü tutum şəklindədir. Urmiya Cümə məscidinin mehrabı Elxanilərin hakimiyyəti zamanında - hicri 676 – cı ildə (miladi 1277) yenidən işlənmişdir. İri ölçüləri (7,82 m X 5,48 m) və yüksək bədii – texniki səviyyəsi ilə dəyərli gəctəraşlıq əsəri olan bu mehrabın müəllifi Nəqqaş Əbdülmömin Şərəfşah oğlu Təbrizidir. Uzunsov, üçnefli salon görünür həmin çağda tikilmişdir. Cümə məscidinin düzbucaqlı əyətinin qərb, şərq və şimal tərəflərini qapayan hücrələr, yerləşgələr və digər yardımçı binalar sonrakı dövrlərdə inşa edilmişdir.

Gövərçinqala qəsri və ya Kazım daşı Urmiya gölündə yerləşən qəsrdir. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.

Urmiya qalası Güney Azərbaycanda Urmiya şəhərindən bir az aralıda yerləşir.Hündür ərazidə 2000-2500 metr yüksəklikdə yerləşən qala gildən və daşdan tikilib. Böyük bir hissəsi uçan qalanın bir hissəsi dövrümüzə çatıb. Tədqiqatçılar qalanı İslamaqədərki dövrə aid edirlər. Burlaxatun türbəsi də bu qaladadır.

Kazım Daşı adası[69] Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206-1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256-1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251-1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256-1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi. Qənimətlərin bir hissəsi Mengü xana (1251-1259) göndərildi, digər hissəsi isə Salmas ilə Urmiya arasında yer alan Qırxlar adasında (Kazım Daşına) gizlədildi[70]

Osman Yumruğu adası Urmiya gölünün şərq sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən İrannın Şərqi Azərbaycan ostanı ərazisinə daxildir. Adada məskunlaşma yoxdur. Bitki örtüyündən belə məhrumdur. Ada göl səthindən 10 metr yüksəkliyə ucalır. Gölün sahəsi 0,1 km² yaxındır. Gölün qurumasına qədər «Dünyanın ən kiçik» ikinci adası[71] statusuna malik idi. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Hazırda ada adi bir daş göbələyə çevrilmişdir. Adadan əvvəllər quşlar dayanacaq yeri kimi istifadə edirdilər.

Şahı adası və ya İslami adası Urmiya gölünün şərq hissəsində yerləşən ada. Ada Urmiya gölündə yerləşən yeganə məskunlaşmış adadır. Gölün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada ümumilikdə 7 kənd vardır:Saray, Ağ Qonbad, Gəmiçi, Buracalı, Qıyğac, Teymurlu və Bəhramabad. Rəvayətə görə Hülaku xanın qəbri adada yerləşir.

Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbədir. Urmiya gölünün sahilində yerləşir. Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir.[72] El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş.[73] Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır. Konusvari biçimi olmuş bayır günbəzi dağılmışdır. Onun yarızirzəmi xarakterli sərdabəsinin və üst qülləsinin qapı gözləri üst-üstədir. Abidənin silindrik tutumunun kürsülüyütutum, ya da tikinti materialı ilə ayrılmamışdır. Onun daşla hörülmüş alt hissəsi üst kameranın döşəməsindən xeyli yuxarı qalxır və bütün hündürlüyün üçdə birinə yaxındır.[68]

Üç Günbəzin başqa bir özümlüyü inkişaf etmiş iri baştağının olmasıdır. İç kameranın bütün eni ölçüsündə bayıra çıxarlan və gövdəni tamamlamış yazı qurşağınacan qalxan böyük baştağ olduqca plastik biçimlərlə işlənmiş, incə naxışlar və kufi xəttli kitabələrlə bəzədilmişdir Silindrik tutuma birləşmə tərzi və ümumi biçimcə Dairəvi türbənin baştağına bənzəsə də Üç Günbəzin baştağı daha iri ölçülü və mürəkkəb profillidir. İri stalaktit yuvaları ilə tamamlanan və çevrəsi zəngin süslənən sivri tağça baştağın içəriyə giriş qaısına doğru dərinləşən səthlərini öz ətrafında birləşdirir. Baştağ hər cəhətdən türbənin kompozisiya dominantıdır.

Urmiya gölü və ya Urmu gölü Şərqi AzərbaycanQərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göldür.[74][75]. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki İranın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır. Urmu gölü Şərqi AzərbaycanQərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Səthinin sahəsi 5,822 km²-dir.[76] Gölün uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 m,[77] orta dərinlik isə 5 m təşkil edir. Göldə 100-dən çox ada vardır. ŞahıQoyundağ adalarında yaşayış mövcuddur. İri adalarında Püstə meşələri mövcuddur. Gölün su toplayıcı sahəsi 50 min km³-dir. Sahəsi əsasən gölə daxil olan sudan asılıdır. İl ərzində gölə daxil olan suyun miqdarı 5 min km³-dir. Üstəlik gölə daxil olan suyun 80% qış və yaz aylarına təsadüf edir. Ən iri qollarından biri olan Acıçay gölə şimal-şərq istiqamətdən tökülür. Axarsız göldür. Axarı olmadığınından suyu kəskin şordur. Yaz ayları suyunun duzluğu 80-150 ‰, payızda isə 260—280 ‰ qədər qalxır. Suyunun tərkibi xlor, natriumsulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır. Göldə suyun səviyyəsinin enməsi səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Üstəlik gölün dib sturukturundada dəyi.iklik müşahidə edilir.[78] Urmiya gölünün sahil hissələri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu, və Sulduz kimi bölgələrin ərazisinə düşür. Adı çəkilən bölgə ümumilikdə Cənubi Azərbaycanın torpaqlarının beşdə birini yəni 20%-ini təşkil edir. Üstəlik bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır. Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Hazırda Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin ən mühüm materialının ixracı ilə məşğuldur. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə nədən olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") vardır.

Urmiya gölü körpüsü Cənubi Azərbaycanda Urmiya gölü üzərində yerləşən bir körpüdür. Gölün iki sahilini Şərqi Azərbaycan ostanı ilə Qərbi Azərbaycan ostanını arasında yerləşən köprü 1.276 m. uzunluğundadır və 2008-ci ildə istifadəyə verilmişdir.[79] Körpü Cənubi Azərbaycanın ən uzun körpüsüdür.

Sıra nömrəsi Ad Şəkil Haqqında
1 Burlaxatun türbəsi Urmiya şəhərində yerləşən “Kitabi-Dədə Qorqud” dastanında adı keçən Burlaxatunun adını daşıyan türbə.
2 Urmiya Cümə Məscidi İranın Urmiya şəhərində yerləşən məsciddir. Urmiya Cümə məscidi Azərbaycan memarlığının Səlcuqlu və Elxani mərhələlərini öyrənmək baxımından mühüm abidədir.
3 Göyərçinqala qəsri Urmiya göllündə yerləşən qəsr XIV əsrdə tikilmişdir.
4 Urmiya qalası Urmiya şəhərindən bir qədər aralıda yerləşir. 2000-2500 metr yüksəklikdədir.
5 Kazım Daşı Urmiya gölündə yerləşən adadır. Gözəl təbiəti ilə seçilir.
6 Osman Yumruğu adası Urmiya gölündə yerləşən adacıq. Gölün qurumasına qədər «Dünyanın ən kiçik» ikinci adası statusuna malik idi.
7 Şahı adası Şahı adası və ya İslami adası Urmiya gölünün şərq hissəsində yerləşən adadır. Ada Urmiya gölündə yerləşən yeganə məskunlaşmış adadır. Gölün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir.
8 Üç Günbəz türbəsi Səlcuqlular dövründə tikilmiş türbədir. XII əsrdə tikilən türbənin memarı Əbumənsur Musa oğludur.
9 Urmiya gölü Urmiya gölü və ya Urmu gölü (fars. دریاچه ارومیه‎, azərb. اورمیه ﮔﺆﻟﻮ‎) - İranın Şərqi AzərbaycanQərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göldür. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur.
10 Urmiya gölü körpüsü Gölün iki sahilini Şərqi Azərbaycan ostanı ilə Qərbi Azərbaycan ostanını arasında yerləşən köprü 1.276 m. uzunluğundadır.
11 Sərdar məscidi Sərdar məscidi və ya Saatlı məscid Qacarlar dövründə tikilib. Kərpicdən tikilən məscidin əsas hissəsi böyük bir zaldan ibarətdir. Məscidin daxilində olan 22 metrlik şəbistanı 12 daş sütun saxlayır. Bu sütunlar müxtəlif naxışlarla bəzədilib. Məscid 1951-ci ildə təmir olunanda onun girişində böyük bir saat quraşdırılıb. Bundan sonra məscid el arasında Saatlı məscid adlandırılıb.Məscid daxildən və xaricdən müxtəlif rəngli və naxışlı kaşılarla bəzədilib.
Urmiya Futbol Stadionu

İdman Urmiya mədəniyyətinin ayrılmaz hissəsidir. Urmiyada ən məşhur idman növu voleyboldur. Urmiya İranın voleybol paytaxtı hesab olunur. Bu ona görədir ki, Urmiyanın voleybol komandası olan Şəhrdari Urmiya VK İranın voleybol üzrə Super Liqasının dəfələrlə qalibi olmuşdur. İranın kişilərdən ibarət voleybol yığmasının ən yaxşı oyunçuları və ən yaxşı məşqçiləri də bu komandanın yetirmələri olmuşdur. Məşhur voleybolçulara misal olaraq Səid Marufu, Əbdülrza ƏlizadəniMilad İbadipuru göstərmək olar. Urmiya şəhəri Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytında "voleybol sevərlərin şəhəri" deyə qeyd olunmuşdur.

2010-cu il Kişilərin üzrə Asiya Voleybol çempionatı Urmiyanın Qədir arenasında keçirilmişdir. Həmçinin 2012-ci il Qərbi Asiya Futbol çempionatı və 2012-ci il azyaşlı kişilərin voleybol üzrə Asiya çempionatı da Urmiya şəhərində təşkil edilmişdir.[80] Bunlardan əlavə Urmiya şəhəri 2019-cu il kişilərin voleybol üzrə millətlər liqası çempionatı oyunlarının keçirilmə yerlərindən biridir.[81][82]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.amar.org.ir/english.
  2. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  3. Азәрбајҹан Шаир вә Әдибләр Ҹәмијјәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 179.
  4. "Country Study Guide-Azerbaijanis". STRATEGIC INFORMATION AND DEVELOPMENTS-USA. 2019-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013.
  5. "Iran-Azarbaijanis". Library of Congress Country Studies. Dekabr 1987. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013.
  6. "Orumiyeh". Looklex Encyclopaedia. 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  7. "Urmia" (ing. ). Britannica. 2014-10-10 tarixində arxivləşdirilib.
  8. Richard Nelson Frye. The history of ancient Iran. München. (1984). 48–49.
  9. Thomas Burrow. The Proto-Indoaryans. München: Cambridge University Press. (1973). 123–140.
  10. Sykes, Percy. A History of Persia. London: Macmillan and Company. 1921. səh. 67. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-03.
  11. Gibb, Kramers, Lewis, Hamilton Alexander Rosskeen, Johannes Hendrik, Bernard. The Encyclopaedia of Islam : New Edition Vol. 7 (Encyclopaedia of Islam New Edition). 1992. səh. 1032.
  12. Carl Skutsch. Encyclopedia of the World's Minorities. Routledge. 2013. səh. 149. ISBN 978-1-135-19388-1. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
  13. əl-Bəlzarui. Kitəb fütuh əl-buldən. səh. 477.
  14. Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  15. Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  16. Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.
  17. "Cənubi Azərbaycan Xanlıqları". 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
  18. Nəcəfli Güntəkin Cəmil qızı. Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı: 1917-1918. Bakı: Elm. 2017. ISBN 978-9952-514-05-6.
  19. Dilməqani T. Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində. Bakı: AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu. 2011.
  20. Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi. . səh. 105.
  21. قتل عام مسلمانان در دو سوی ارس ، صمد سرداری نيا ، انتشارات اختر ، 1388 (اوچونجو باسقی)
  22. Güntəkin Nəcəfli. "Cənubi Azərbaycanda erməni terroru". 2021-12-02 tarixində arxivləşdirilib.
  23. تهاجمات و جنایات ارامنه، اسماعیل سیمیتقو و سردار ماکو در آذربایجان ، میرزا ابوالقاسم امین الشرع خویی، تصحیح علی امیری تبار
  24. تاریخ 18 ساله آذربایجان یا سرگذشت گردان و دلیران، احمد کسروی ، 1388
  25. "پایگاه اطلاع رسانی صدا و سیمای مرکز آذربایجان غربی". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  26. urmia.irib. ""پایگاه اطلاع رسانی صدا و سیمای مرکز آذربایجان غربی" (Farsca). urmia.irib.ir. 2019-04-03 tarixində arxivləşdirilib.
  27. "Arefian hospital". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  28. "Azerbaijan Hospital". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  29. "Imam Khomeini Hospital". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  30. "Milad hospital". 3 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 December 2013.
  31. "Motahari Hospital". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  32. "Omid Hospital". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  33. "Razi Hospital". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  34. "Taleghani Hospital". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  35. "Seyedoshohada Hospital". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  36. "Shafa Hospital". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  37. "Shams Hospital". 2019-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  38. "Solati Hospital". 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.
  39. Bari tours. "kaboodan". www.bari.ir.[ölü keçid]
  40. "Moosighi Asheghi Azarbaijan Sahrghi". 2019-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  41. "Karnaval". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
  42. "Cazibələr". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
  43. Iranhotelonline
  44. "Amactrade:Urmiya bölgəsinin əl işləri". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
  45. "معاون شهرسازی و معماری شهردار ارومیه خبر داد تخصیص بودجه 550 میلیارد تومانی شهرداری ارومیه". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
  46. م‍ع‍اون‍ت س‍ن‍ج‍ش از دور و ج‍غ‍راف‍ی‍ا، (اداره ک‍ل ج‍غ‍راف‍ی‍ای‍ی). ف‍ره‍ن‍گ ج‍غ‍راف‍ی‍ای‍ی ش‍ه‍رس‍ت‍ان‍ه‍ای ک‍ش‍ور: ش‍ه‍رس‍ت‍ان اروم‍ی‍ه. تهران: س‍ازم‍ان ج‍غ‍راف‍ی‍ای‍ی ن‍ی‍روه‍ای م‍س‍ل‍ح ، تهران ۱۳۷۹ ص۲۳۹. ISBN 964-6383-38-6
  47. "Orūmīyeh". /www.britannica.com. 2014-10-10 tarixində arxivləşdirilib.
  48. "Arxivlənmiş surət". 2011-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  49. دكتر م پناهايان، مجموعه اي در چهار جلد به نام " فرهنگ جغرافياي ملي تركان ايران زمين " سال 1351 /Dr. Mahmoud Panahiyan, in four volumes of a series called "Culture of National Geographic Iranian Turks" in 1351
  50. سيري در تاريخ زبان ولهجه هاي تركي , دكتر جواد هئيت- چاپ سوم , سال1380,ص 307
  51. Can Azərbaycan Televizyonu[ölü keçid]
  52. "Arxivlənmiş surət". 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-16.
  53. "Oroomieh Climate Normals 1961–1990" (ing. ). National Oceanic and Atmospheric Administration.
  54. ""World Weather Information Service – Orumiyeh" (ing. ). worldweather.wmo.int. 2022-07-08 tarixində arxivləşdirilib.
  55. Ṣanʻaʼ - Ṣawtiyya (New). Leiden [u.a.]: Brill [u.a.] 1995. səh. 805. ISBN 978-9004098343. He may have been of Persian descent (Kutb al-Din Shirazi [q.v.] calls him afdal-i Iran) (#first_missing_last) ([[:Category:|link]])[[Category:]]
  56. van Gelder, Geert Jan. "SING ME TO SLEEP: ṢAFĪ AL-DĪN AL-URMAWĪ, HÜLEGÜ, AND THE POWER OF MUSIC". Quaderni di Studi Arabi. 7. 1 yanvar 2012: 1–9. His ethnic origin is uncertain; he may have been of Persian descent.
  57. Sheikholeslami, Alireza. HAYDAR KHAN ʿAMU-OḠLI // Encyclopædia Iranica. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  58. Лучшая в мире Кармен[ölü keçid]. Из воспоминаний внучки Фатьмы Мухтаровой, Светланы Курочкиной. «Азербайджанский конгресс». 16 noyabr 2009.
  59. "Azərbaycan Güləş Federasiyasının iclası keçirilib". awf.az. 21 sentyabr 2020. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2020.
  60. Mir Saeid Marouflakrani Arxivləşdirilib 2019-08-03 at the Wayback Machine. FIVB Volleyball Nations League 2019
  61. "biography of David azad". 2018-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  62. Women and the political process in twentieth-century Iran Arxivləşdirilib 2021-10-02 at the Wayback Machine. Cambridge University Press, 1997, ISBN 0-521-59572-X, ISBN 978-0-521-59572-8
  63. "(bio)". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  64. .Haubrich, William S. (1999). "Whipple of Whipple's disease". Gastroenterology. 117 (3): 576
  65. Bijan-Zadeh, Mohammad H. "Modules of generalized fractions and general local cohomology modules". Archiv der Mathematik. 48 (01). 1987: 58–62. doi:10.1007/bf01196355.
  66. A. Amoli, Kh. "Local Cohomology, d-Sequences and Generalized Fractions" (PDF). Colloquium Mathematicum. 74 (02). 1997: 261–265. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-28.
  67. "Arazın o tayındakı abidə tariximiz". www.anl.az. 2019-02-12 tarixində arxivləşdirilib.
  68. 1 2 "آشنایی با برج سه گنبد - آذربایجان‌غربی ([[Azərbaycan dili|azərb]]. Üç günbəz türbəsi ilə tanışlıq - Qərbi Azərbaycan‎)" (fars. ‎). hamshahrionline.ir. 25 oktyabr 2009. 2019-09-02 tarixində orijinalından arxivləşdirilib.
  69. "Kazım Daşı" (az.)). mapcarta.com. 2016-12-21. Archived from the original on 2019-09-03. İstifadə tarixi: 21-12-2016.
  70. Dr. Tohid Məlikzadə_i_Dilməqani, Salmasın on min illik Tarixi (Farsca) (Nşr. Eldar Təbriz) s. 105
  71. "Dünyanın ən kiçik adaları. Osman Yumruğu". 2017-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-29.
  72. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 94. ISBN 5-89650-334-2.
  73. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 93. ISBN 5-89650-334-2.
  74. Henry, Roger (2003) Synchronized chronology: Rethinking Middle East Antiquity: A Simple Correction to Egyptian Chronology Resolves the Major Problems in Biblical and Greek Archaeology Algora Publishing, New York, p. 138 Arxivləşdirilib 2022-01-30 at the Wayback Machine, ISBN 0-87586-191-1
  75. E. J. Brill's first encyclopaedia of Islam, 1913–1936, vol. 7, page 1037 Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine citing Strabo and Ptolemy.
  76. "oromieh.com". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
  77. "Britanica". Britannica.com. 2011-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Sentyabr 2011.
  78. "Urmiya gölü animals-wild.ru saytındas". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
  79. "Iran's President Rohani Rules Out Bilateral Talks With U.S." www.payvand.com. 2011-02-25 tarixində arxivləşdirilib.
  80. "Results of Drawing of Lots for 16th Asian Jr. Men's Volleyball Championship" (PDF). Asian Volleyball Confederation. 7 sentyabr 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2012.
  81. "VNL winners to face world champions in 2019". FIVB. 23 oktyabr 2018. 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  82. "Chicago to Host FIVB Men's VNL Finals". USA Volleyball. 13 mart 2019. 2020-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2018.
  83. "Urmia, Erzurum sign sisterhood agreement , retrieved 24 May 2015". 8 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]