Fəxrəddin Məmmədov (mühəndis)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fəxrəddin Məmmədov
Fəxrəddin Sadıq oğlu Məmmədov
Elmi adı professor
İş yeri Yaxın Doğu Universiteti
Alma-mater Azərbaycan Neft və Kimya İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası

Fəxrəddin Sadıq oğlu Məmmədovprofessor[1], Yaxın Doğu Universitetinin prorektoru[2], Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri[3].

Həyatı

Fəxrəddin Məmmədov 1970-ci ildə[3] Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır[4].

Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur[4].

1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, ƏlcəzairMərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır[3]. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır[4].

1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 19952000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır[3]. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı[5] olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur[4].

İstinadlar

  1. "Kiprdə Nizami Gəncəvi barədə konfrans keçirilib". "Yeni Müsavat" qəzeti (az.). musavat.com. 30 Noyabr 2013 - 20:24. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  2. "Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib". Bakı Avrasiya Universiteti (az.). baau.edu.az. 26.11.2013. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  3. 1 2 3 4 P.Sultanova. ""Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır"". 525-ci qəzet (az.). anl.az. 2010. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  4. 1 2 3 4 Elmin Nuri. "Xaricdə çalışan azərbaycanlı prorektor: "Dünya reytinqində Azərbaycan universitetlərinin ən yaxşısı 5836-cı yerdədir" - MÜSAHİBƏ". MODERN.AZ (az.). modern.az. 10.09.2014, 11:49. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  5. Toğrul Salehli. "Yakın Doğu – azərbaycanlılara yaxın universitet". MODERN.AZ (az.). modern.az. 10.01.2012, 10:05. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.

Ədəbiyyat

  • P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet. - 2010. - 20 noyabr. - Səh.9.