Fethi Heper

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fethi Heper
Ümumi məlumatlar
Tam adı Fethi Heper
Doğum tarixi 3 fevral 1944(1944-02-03)[1] (80 yaş)
Doğum yeri Eskişehir, Türkiye
Vətəndaşlığı
Təhsili
Boyu 1.77 m (5 ft 9 12 düym)
Mövqeyi hücumçu

Fethi Heper (3 fevral 1944[1], Əskişəhər) — Türkiyənin keçmiş milli futbolçusu və maliyyə professorudur. O, Əskişəhərspor forması ilə iki dəfə Super Liqanın bombardiri olub.

70-ci illərdə Eskişehirspor Super Liqanın zirvəsində oynayarkən, Eskişehirspor azarkeşlərinin ən çox işlətdiyi şüar Fethi- Nihat — Ender ağlara göndər şüarıdır. O, havada və sinəsində hava toplarını idarə etdiyi üçün ' Cengel' ləqəbi ilə tanınırdı. O, türk futbolunun önəmli futbolçularından Metin Oktayla ana tərəfdən qohum olub.[2] Futbolçu karyerası ilə yanaşı, akademik təhsilini davam etdirərək 1967-ci ildə Əskişəhər İqtisadiyyat və Ticarət Elmləri Akademiyasında bakalavr təhsilini, 1978-ci ildə isə doktoranturasını tamamlayıb. 1981-ci ildə maliyyə ixtisası üzrə dosent, 1988-ci ildə professor elmi adlarını almışdır. Daha sonra Türkiyə Futbol Federasiyasına 2012-ci ildə keçirilən seçkilərdə Yıldırım Dəmirörən sədr seçilərək öz siyahısından seçkilərə qatıldığı üçün Milli Komandalar Komitəsində məsul idarə heyətində yerini aldı.[3]

Fethi Heper peşəkar futbolçudan professorluğa yüksələn ilk və yeganə türk futbolçudur.[4][5]

Futbol karyerası

Klub karyerası

Futbola doğma şəhəri Əskişəhərdə başlayıb, daha sonra 1960-cı ildə iki böyük qardaşının futbol oynadığı Əskişəhər Gənclər Klubunda oynamağa başlayıb. Gənc yaşına baxmayaraq, Fethi Heper iki dəfə bu komandanın bombardiri olmağı bacarıb. Bu illərdə böyük qardaşı tərəfindən "Qalatasaray" a aparılıb və "Qalatasaray"ın baş məşqçisi Gündüz Kılıça yeni futbolçu kimi təqdim olunub, amma onu "Qalatasaray"a aparmırlar.[2] Daha sonra 1962–63 mövsümündə Əskişəhər Ticarət Elmlər Akademiyasının futbol komandasında həvəskar səviyyədə futbol oynadı. Bu komanda ilə 1963-cü ildə Türkiyə Akademiyaları arasında təşkil edilən futbol çempionatının qalibi olub. O , bu uğurdan sonra qurulan "Əskişəhərspor"un qurucu komandasına daxil edilib.[6] Sonra bütün futbolçu karyerasını "Əskişəhərspor" forması altında keçirdi. O, 70-ci illərdə uğurdan uğura qaçan "Əskişəhərspor" komandasının ən önəmli futbolçularından sayılırdı.

1974-cü ilə qədər Türkiyə birinci liqasında peşəkar formada çıxış edən Heper 1969–70 (13 qol) və 1971–72 (20 qol) dövrlərində bombardir olub. O, ilk dəfə 16 yaşında 5 dəfə milli formada çıxış edib.

O , UEFA kubokunda vurduğu 6 qolla bombardirlər siyahısında 3-cü olub. Fethi Heperin Mikkeliyə (Fin) vurduğu 4 qol türk futbolçunun beynəlxalq matçda vurduğu ən çox qoldur.[7] 2008-ci ildə Fənərbaxça ilə MTK arasında keçirilən matçda Semih Şentürk 4 qol vurana qədər bu rekordu təkrarlamaq mümkün deyildi. Havadakı topları sinəsində idarə etdiyi üçün Heper "Dəmir Köynək Fəthi" kimi tanınırdı.

Nailiyyətlər

Fərdi

Kitabları

  • Sosial struktur və vergi strukturları arasında əlaqələr (1978)
  • Türkiyədə sərvət vergisi (1981)

Mənbə

  1. 1 2 Fethi Heper // Transfermarkt (çd.). 2000.
  2. 1 2 "ES ES ES, Kİ Kİ Kİ, ES Kİ ES Kİ, ES/ ESKİŞEHİR, ESKİŞEHİR, ES ES ES!". 25 Mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.
  3. "TFF Yönetim Kurulu". 15 Mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Mart 2012.
  4. "Futbolcuydu, profesör oldu". www.milliyet.com.tr. 2 Kasım 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Kasım 2022.
  5. "Profesyonel Futbolculuktan Profesörlüğe Giden Yol "Fethi Heper"". Univerlist (Türkçe). 3 Ağustos 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Kasım 2022.
  6. "Kuruluş Yılları..." 26 Ağustos 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.
  7. "MP Mikkeli-Eskişehirspor 29 Eylül 1971 maç raporu - Kicker.de". 10 Şubat 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.