Əskişəhərspor

Əskişəhərspor və ya digər adı ilə "Es-Es". 19 iyun 1965-ci ildə Əskişəhərdə qurulan və bir müddət Türkiyə Liqasında mübarizə aparan və hazırda Regional Həvəskarlar Liqasında çıxış edən idman klubudur. Cəmi 6 kubokla Türkiyənin ən çox kubok qazanan 5-ci komandasıdır. Türkiyənin Əskişəhər vilayətini təmsil edir. Əskişəhərspor klubu şəhərin Akademiya Gənclik, İdmanyurdu və Yıldıztəpə klublarının birləşməsi ilə yaradılıb. Klubun rəngləri qara-qırmızıdır.

Əskişəhərspor
Loqonun şəkli
Klubun tam adı Əskişəhərspor Klubu
Ölkə
Ləqəb(lər) Qırmızı şimşəklər
Es-Es
Rəng(lər)          Qara-qırmızı
Yaranma tarixi 19 iyun 1965
Stadionu Yeni Atatürk Stadionu
Tutumu 34.000
Prezidenti Türkiyə Erkan Koca
Baş məşqçisi Türkiyə Sezgin Coşkun
Liqa Regional Həvəskarlar Liqası
2022/2023 17. (Düşdü)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildə akademiyalar arası futbol üzrə Türkiyə çempionatı təşkil olundu. Əskişəhər Ticarət Elmlər Akademiyası finalda Ege Universitetini 6–0 hesabı ilə məğlub etdi. Matçın bitməsindən sonra müşahidəçi Burhanəddin Türkər komandanın rəhbəri Nafiz Yazıcıoğluna yaxınlaşaraq qulağına bu sözləri dedi: "Belə bir heyət varsa, niyə 2-ci Liqaya qatılmırsınız?"

Əskişəhərspor 1965-ci ildə yaradılıb və onun prezidenti vəzifəsinə Əziz Bolel təyin edilib. Akademisporun bir çox futbolçusu Əskişəhərspor'un formasını geyinir. Komandanın rəngləri qara və qırmızı olaraq müəyyən edilib. Əskişəhərsporun məşhur ləqəbi və şüarı: "Es Es Es Ki Ki Ki Eski Eski Es!". Yarandığı ilk gündən bu şüar populyar hala gəlmişdir.

Əskişəhərspor 2016-cı ilin noyabrından ev oyunlarını Yeni Əskişəhər Stadionunda keçirir. Yeni Əskişəhər Stadionunun tamamlanması və açılışı ilə Əskişəhər Atatürk Stadionu bu tarixdən etibarən istifadə edilmir.

Liqa mübarizələri

[redaktə | mənbəni redaktə et]

1966–1982, 1984–1989, 1995–1996, 2008–2016

1965–1966, 1982–1984, 1989–1992, 1993–1995, 1996–2001, 2006–2008, 2016–2021

2001–2006, 2021–2022

1992–1993, 2022—2023

2023–

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]