Fişer şternbergiyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fişer şternbergiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Fişer şternbergiyası (lat. Sternbergia fischeriana) (Sternbergia vernalis sinonimi) — fəsiləsinin şternbergiya cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Bitki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır. Yumurtalıq ayaqcıqlı, uzunsovlu – ellipsivari, hər iki sonluğu dartılmışdır.[2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-aprel aylarına təsadüf edir.Soğanaqla çoxalır. İşıqsevəndr. Mezokserofitdir. Aşağı və orta dağ qurşağında, quru yamaclarda rast gəlinir. Dekorativ bitkidir [2][3]

Yayılması

Qobustan, Bozqır yaylası (Göytəpə, Bucaq, Kalqaylı kəndləri), Kiçik Qafqazın mərkəzi, Lənkəranın dağlıq hissəsi [2][4][5][6][7]

Sayı və tendensiyası

Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur. [7]

Məhdudlaşdırıcı amillər

Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal – qara tərəfindən tapdalanması. 

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. 

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Fi%C5%9Fer%20%C5%9Fternbergiyas%C4%B1[ölü keçid]
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. Капинос Т.Е., 1960
  4. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  5. Ибадлы О.В. 2005
  6. Конспект флоры Кавказа, 2006
  7. 1 2 Tərtibçilərin məlumatları

Xarici keçidlər

Həmçinin bax