Fibiger krateri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fibiger krateri
Lunar Orbiter – IV zondunun çəkdiyi fotoşəkil.
Koordinatlar 86°00′ şm. e. 37°18′ ş. u. / 86,0° şm. e. 37,3° ş. u. / 86.0; 37.3G
Diametr 21,1 km
Krater dərinliyi 1700 m
Eponim Yohannes Qrib Fibiger
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fibiger krateri (lat. Fibiger) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını danimarkalı mikrobioloq olan Yohannes Qrib Fibigerin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir.

Kraterin təsviri

Lunar Orbiter – IV zondunun çəkdiyi fotoşəkil

Fibiger kraterinə ən yaxın yerləşən krater Berd krateridir və onun şimal-şərq hissəsini örtür. Kiçik kasaşəkilli Erlanger krateri isə şimal-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°08′ şm. e. 37°08′ ş. u. / 86,14° şm. e. 37,13° ş. u. / 86.14; 37.13G, dərinliyi 21,1 km, dərinliyi isə 1,7 km-dir.[1]

Krater dairəviyə oxşar formadadır və şimal-şərq hissəsində kiçik çökəklik var. Şimal qütbünə yaxınlığına görə kraterin dib hissəsi praktiki olaraq daima kölgədədir.

İstinadlar

  1. USGS/IAU. "Fibiger on Moon". Gazetteer of Planetary Nomenclature. USGS Astrogeology. Oct 18, 2010. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.

Mənbə

Xarici keçidlər