Mikrobiologiya

Qidalı mühitdə koloniyalar əmələ gətirmiş Escherichia coli bakteriyası

Mikrobiologiya (mikros — kiçik, bios — həyat, loqos — elm deməkdir) — çoxu adi gözlə görülməyəcək qədər kiçik (mikroskopik), digər orqanizmlərə nəzərən bəsit və çox geniş çeşiddə olan canlı varlıqların, yəni mikrob yaxud digər adıyla mikroorqanizmləri öyrənən elm. Mikrobiologiyanın subyekti bakteriya, arxeylər, yosun, kif, protozoyviruslardır. Mikroblar adətən təkhüceyrəli, bəzən çoxhüceyrəli (hüceyrə koloniyaları) yaxud hüceyrəvi quruluşa malik olmayan orqanizmlərdir (virus və prionlar). Bu sahəyə mikrobların fundamental elmi baxımdan araşdırılması ilə yanaşı fermentasiya, şərabçılıq kimi sənaye istehsalı və tibbi mikrobiologiyada yoluxucu xəstəliklərin qarşısının alınması kimi tətbiqi sahələr də daxildir. Mikrobiologiya virusologiya, mikologiya, parazitologiyabakteriologiya kimi çoxsaylı sahələrə bölünməkdədir.

Mikroorqanizmlər 2 qrupda təsnifləşdirilir.

  • 1. Eukariot mikroorqanizmlər
  • 2. Prokariot mikroorqanizmlər.

Eukariot mikroorqanizmlər hüceyrə orqanoidlərini əhatə edən membrana sahibdirlər və belə mikroorqanizmlərə göbələklər və protistlər daxildir. Prokariot orqanizmlərin isə hamısı mikroorqanizmdir və buraya Eubakteriyalar (həqiqi bakteriyalar) və arxeobakteriyalar (sianobakteriyalar) daxildirlər ki, onları da ümumi bir əlamət birləşdirir ki, bu da orqanoidləri əhatə edən hüceyrə membranının olmamasıdır.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]
  • Tibbi mikrobiologiya — patogen mikrobları və onların insan sağlamlığındalkı təsirlərini öyrənir.
  • Farmakologiya(dərman) mikrobiologiyası — mikroorqanizmlərin əmələ gətirdikləri antibiotikləroi, vitaminləri , vaksinləri , enzimləri və digər farmakoloji məhsulları və onların zəhərlənmə və xəstəliklərə qarşı təsirliliyini öyrənir.
  • Sənaye mikrobiologiyası — mikrooraqanizmlərin sənaye prosesində tətbiqini öyrənir.
  • Mikrob biotexnologiyası
  • Qida mikrobiologiyası
  • Kənd təsərrüfatı mikrobiologiyası
  • Bitki mikrobiologiyası və bitki patologiyası
  • Torpaq mikrobiologiyası
  • Baytarlıq mikrobiologiyası
  • Ətraf mühit mikrobiologiyası
  • Mikrob ecologiyası
  • Su mikrobiologiyası
  • Kosmik mikrobiologiya

Mikrobioloji axtarış — kəşfiyyat üsulları

[redaktə | mənbəni redaktə et]

Mikrobioloji axtarış — kəşfiyyat üsulları təbii mühitdə (torpaq, qrunt və lay suları) spesifik mikrorqanizmlərin yayılmasının öyrənməsinə əsaslanan üsullar. Mikrobioloji planalma zamanı aşkar edilmiş müsbət bakterioloji anomaliyalar adətən spesifik maddənin (indikator mikroorqanizmlərlə oksidləşən) yüksək konsentrasiyası ilə əlaqədar olur. Məsələn: sulfid və kükürd yataqlarının oksidləşmə zonası ilə əlaqədar olan sularda bəzi tion bakteriyalarının miqdarı yüksək olur.