Fikrət Cahangirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fikrət Cahangirov
Fikrət Cahangirov Fətiş oğlu
Doğum tarixi 1 aprel 1971(1971-04-01) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dillər Universiteti

Fikrət Cahangirov Fətiş oğlu (1 aprel 1971, İsmətli, Puşkin rayonu) — filologiya elmləri doktoru, professor. Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru.

Həyatı

  • 1971-ci il aprelin 1-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub.
  • 1978–1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb.
  • 1989–1991-ci illərdə orduda hərbi xidmət edib.
  • 1992–1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini "İngilis və fransız dilləri müəllimliyi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
  • 1997–2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib.
  • 1998–2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub.
  • 2001–2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və eyni zamanda Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib.
  • 2001–2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.
  • 2007–2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin dekanı olub.
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasında təbliğatçı olmuşdur.
  • 2013–2015-ci illərdə ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müdiri və professoru
  • 2015–2017-ci illərdə ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru
  • 2017-ci ildən Azərbaycan Dillər Universitetində Təhsil fakültəsinin dekanı və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professorudur
  • 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasında təbliğatçı olmuşdur.
  • Ailəlidir.

Təhsili, elmi dərəcə və elmi adları

  • 1997, Azərbaycan Dillər Universiteti, İngilis-fransız dilləri fakültəsi, fərqlənmə diplomu
  • 2000, Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti.
  • 2004, Dosent, Azərbaycan Dillər Universiteti.
  • 2006, Filologiya elmləri doktoru, AMEA-nın Dilçilik İnstitutu.
  • 2009, Professor, Azərbaycan Dillər Universiteti.

Əmək fəaliyyəti

  • 1997–2001, müəllim, baş müəllim, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
  • 2001–2008, dosent, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
  • 2001–2007, dekan müavini, ADU-nun Roman-german filologiyası fakültəsi
  • 2007–2013, dekan, ADU-nun Filologiya fakültəsi
  • 2008–2013, professor, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
  • 2013–2015, kafedra müdiri, professor, ADU-nun İngilis dilinin üslubiyyatı kafedrası
  • 2013–2016-cı illdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti
  • 2015–2017ci illdə ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru
  • 2016–2019-cı illdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini
  • 2017-ci ildən Azərbaycan Dillər Universitetində Təhsil fakültəsinin dekanı və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professorudur
  • 2020-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının sədridir.

Tədqiqat sahəsi və bildiyi xarici dillər

  • German dilləri, Dil nəzəriyyəsi, Müqayisəli-tipoloji dilçilik, Müqayisəli-tarixi dilçilik
  • İngilis, fransız, rus və türk dilləri

Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • 1999, Bakı, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu dissertantlarının elmi konf¬ransı.
  • 2003, Bakı, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Beynəlxalq konfrans.
  • 2007, Bakı, ADU, Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
  • 2008, Antverpen, Belçika, TEMPUS proqramı çərçivəsində "Ali təhsildə keyfiyyətə təminat" üzrə beynəlxalq seminar-treyninq.
  • 2009, Bakı, ADU, "Elm ili"nə həsr olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda Respublika elmi konfransı.
  • 2010, Bakı, ADU, "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər"mövzusunda Beynəlxalq elmi konfrans.
  • 2010, Bakı, ADU, "Bolonya prinsiplərinin tətbiqi təcrübəsi"mövzusunda Respublika elmi konfransı.
  • 2010, Los-Ancels, ABŞ, "Language Systems International College of English", Beynəlxalq dil təlimləri
  • 2011, Bakı, ADU, Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq Respublika Elmi-praktiki konfransı.
  • 2011, Frayburq (Almaniya), "International Journal of Arts and Sciences" jurnalının təşkil etdiyi Beynəlxalq illik konfrans.
  • 2016, Bakı, ADU, "Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri" adlı Beynəlxalq elmi konfrans. Bakı, 21–22 oktyabr.
  • 2020, Oxford, United Kingdom(England), University of Oxford, "15th International Conference on Interdisciplinary Social Science Studies- ICISSS 2020". 02–05 March 2020.

Çap olunmuş əsərləri

A) Dərslik, dərs vəsaiti və monoqrafiyaları

  • 2000, Perfekt zamanlar. Bakı, "Elm", 77 s.
  • 2003, İngilis dilindən leksik çalışmalar toplusu (I, II kurslar üçün metodik vəsait). Bakı, "Nurlan", 122 s.
  • 2003, Modality in English: Semantic, pragmatic and psycholinguistic approaches. Islamic Republic of Iran,Tabriz, Sarab University, Akhtar Publication, 201s.
  • 2005, İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi.Bakı, "Elm",312 s.
  • 2006, The problem of modality in Germanic and Turkic Languages. Bakı, "Elm", 100s.
  • 2007, İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi. Bakı, "Elm",122 s.
  • 2013, İngilis dilinin leksikası üzrə praktikum. Bakı, "Letterpress", 132 s.
  • 2014, Dil və mədəniyyət. Bakı, "Elm və Təhsil" nəşriyyatı, 308 səh.
  • 2019, Language and Culture.(Coursebook for Master’s degree). Baku, Mutarjim, 168 səh.

B) Seçilmiş elmi məqalələri və tezisləri

  • 1998, İngilis dilində perfekt formaları haqqında bəzi qeydlər."Tədqiqlər", №2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
  • 1999, Present Perfect (indiki zaman Perfekti) və onun Azərbaycan dilində ifadə formaları. "Tədqiqlər", №4, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
  • 1999, İngilis dilində bədii mətndə perfekt zaman formaları."Tədqiqlər", №5, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2000, İngilis dilində Future Perfect (gələcək za¬man perfekti) və onun Azərbaycan dilində ifadə formaları. Dilçilik məsələləri, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2000, Zaman: fəlsəfi və qrammatik işıqda. Azərbaycan EA xəbərləri. Ədəbiy-yat, dil və incəsənət seriyası, № 3–4.
  • 2000, İngilis dilində perfekt zaman formalarının üslub xüsusiyyətləri."Tədqiqlər",№2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2003, Modallıq kateqoriyasına dair bəzi qeydlər."Tədqiqlər", №1, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2003, Felin xəbər şəklinin modallığı. Dil və ədəbiyyat (nəzəri, elmi-meto¬dik jurnal), №4, BDU.
  • 2003, Modallıq kateqoriyasının məntiqi və qrammatik mahiyyəti (ilkin qeydlər). AMEA-nın xəbərləri (Humanitar və ictimai elmlər seriyası), № 1–4.
  • 2003, Modallığın linqvistik statusu. ADU-nun Elmi xəbərlər, № 4.
  • 2003, Mətnlərdə funksional – semantik sahə və modallıq."Tədqiqlər", №3, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2004, К вопросу о модальности в германских языках. Вопросы филологических наук, № 4 (8), Москва.
  • 2004, Некоторые заметки о проблеме модаль¬ности в тюркских языках. Вопросы гуманитарных наук, № 4 (13), Москва.
  • 2004, Modal aktuallaşma.Azərbaycan Milli Elmlər Akademi¬yasının Məruzələri.LX cild, № 1–2
  • 2004, Məntiqi modallıq kateqoriyası. Filologiya məsələləri, №1.
  • 2004, Modallığın ifadəsinin analitik və sintetik üsulları. Dil və ədəbiyyat (Nəzəri – elmi-me¬todik jurnal), № 1, BDU.
  • 2004, Germanşünaslıqda modallıq kateqoriyası¬nın tədqiqi. AMEA-nın xəbərləri (Humanitar elmlər seriyası, № 2.
  • 2005, Azərbaycan dilçiliyində modallıq kateqo¬riyasının tədqiqi. Azərbaycan dili və ədəbiyyatı tədrisi, № 1.
  • 2005, Əmr modallığı. Elm və cəmiyyət,№ 3, Bakı Slavyan Universiteti nəşri.
  • 2005, İngilis və Azərbaycan dillərində modallığın leksik ifadə vasitələri.Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 2 (44), BDU.
  • 2005, İngilis və Azərbaycan dillərində modallı¬ğın fonetik (prosodik) ifadə vasitələri.AMEA-nın xəbərləri (Humanitar elmlər seriyası), № 1.
  • 2005, Türkoloji ədəbiyyatda modallıq kateqoriyasının tədqiqi. Türkologiya (Beynəlxalq elmi jurnal), № 1–2.
  • 2006, Azərbaycan dilində modallığın sintaktik ifadə vasitələri. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 1(49), BDU.
  • 2006, İngilis və Azərbaycan dillərində modallığın semantik təhlili: təsdiq modallığı. "Tədqiqlər", №1, AMEA Nəsimi adına Dilçilik İnstitutu.
  • 2006, İngilis və Azərbaycan dillərində inkar və sual modallığı.ADU-nun Elmi xəbərlər, №1.
  • 2006, İngilis və Azərbaycan dillərində əmr, şərt və "gələcək zaman" modallıqlarının ifadəsi. Azərb.Dövlət Pedaqoji Universite¬tinin Xəbərləri, №2.
  • 2006, Dialoji nitqdə modallıq. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, BSU nəşri.
  • 2006, On the problem of modality in language development: a reconsideration of the evidence. Babylon-Azerbaijan, Vol. 4, №1, Seattle, USA.
  • 2007, Müasir ingilis dilində modal məsdər probleminə dair. "Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları".
  • 2008, Azərbaycan təhsilində Boloniya prosesi."Cəmiyyət və zaman" qəzeti, № 2, 26 fevral.
  • 2008, Some Notes On the problem of the category of order in English. Filologiya məsələləri, № 7.
  • 2009, İngilis və Azərbaycan dillərində felin əmr şəklinin modallığına dair. ADU-nun Elmi xəbərlər, №4.
  • 2010, Qloballaşan dünyada ali təhsil. "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər"mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, ADU, səh.19–21.
  • 2011, On the problem of modality in Germanic and Turkic languages. International Journal of Arts and Sciences, Vol.4, №18, USA.
  • 2011, Tezlik lüğətlərinin tərtibi və tətbiqi məsələlərinə dair. ADU-nun Elmi xəbərlər, №3.
  • 2012, Əmr şəklinin modallığı məsələsinə dair. ADU-nun Elmi xəbərlər, №3.
  • 2013, Müasir dilçilikdə qrammatik modallıq probleminə müxtəlif yanaşmalar. Dil və ədəbiyyat, №2, ADU nəşri.
  • 2014, Qeyri-verbal hərəkətlər və sükutun linqvokulturoloji təhlili. Dil və Ədəbiyyat, №1/2014, Bakı, ADU nəşri, səh.9–14.
  • 2014, Postmodern dövründə ali təhsilin perspektivləri. XXI əsr mədəni paradiqması multimədəni aspektdə Respublika Elmi-praktik konfransının materialları. Bakı, ADU, 25–26 noyabr 2014-cü il. s.102–103
  • 2015, Koqnitivlik və diskurs probleminə müasir baxış. "Dil və Ədəbiyyat", №4, ADU, Bakı, səh.19–26
  • 2016, Koqnitivlik və diskurs məsələsinə dair bəzi qeydlər. "Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri" adlı Beynəlxalq elmi konfransın tezisləri. Bakı, 22–21 oktyabr 2016-cı il, səh. 152–155.
  • 2020, Language and Cultural Identity. Oxford, United Kingdom(England), University of Oxford, "15th International Conference on Interdisciplinary Social Science Studies". Oxford Conference Series: March 2020 Abstracts Handbook, p.5–6.

İstinadlar

http://ensiklopediya.gov.az/az/terms/7299/cild/17

https://adu.edu.az/az/education/bakalavr/tehsil-1-fakultesi/dekan/

https://adu.edu.az/az/xeberler/xeberler/4711.html

https://bakupress.az/az/newss/16092/serefli-alim-omru