Fikriyyə İbrahimli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fikriyyə İbrahimli
Fikriyyə İbrahim qızı İbrahimli
Doğum tarixi 6 iyun 1955(1955-06-06) (68 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası İbrahim İbrahimov
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi

Fikriyyə İbrahim qızı İbrahimli (6 iyun 1955, Naxçıvan) — kliniki farmakoloq.

Həyatı

6 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Fikriyyə İbrahimli 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1993-cü ildə tibb elmləri doktoru, 1996-cı ildə profüssor, 1978–1981 Naxçıvan şəhəri psixonevroloji dispanserində həkim-ordinator,, 1982–1987-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdindəki elmi tədqiqat mərkəzində elmi işçi işləmişdir. 1988-ci ildən həmin mərkəzin pataloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası çöbəsinin müdiri, 1996-cı ildən isə eyni zamanda Tibb İnstitutunun klinki farmologiya kafedrasının professorudur.

Fəaliyyəti

Fikriyyə İbrahimlinin əsas tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən posuntular və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunmuşdur. 1 monoqrafiyanın, 4 tədris vəsaitinin, 100-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.[1]

Siyasi fəaliyyəti

1995-ci il parlament seçkilərində Fikriyyə İbrahimli Azərbaycan Demokratik İstiqlal Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[2] ADİP proporsional seçkilərdə 106 782 (ümumi səslərin 3%-ni) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Fikriyyə İbrahimli isə deputat seçilə bilməmişdir.[3]

Xarici keçidlər

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası Bakı şəhəri 2002 — s.207
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X