Fikriyyə İbrahimli

Fikriyyə İbrahim qızı İbrahimli (6 iyun 1955, Naxçıvan) — kliniki farmakoloq.

Fikriyyə İbrahimli
Fikriyyə İbrahim qızı İbrahimli
Doğum tarixi (68 yaş)
Doğum yeri Azərbaycan, Naxçıvan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası İbrahim İbrahimov
Elm sahəsi kliniki farmakoloq
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Tibb Universiteti
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
Tanınır Həkim-ordinator
Mükafatları Əməkdar həkim

Həyatı[redaktə | mənbəni redaktə et]

6 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Fikriyyə İbrahimli 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1993-çü ildə tibb elmləri doktoru, 1996-cı ildə profüssor, 1978-1981 Naxşıvan şəhəri psixonevroloji dispanserində həkim-ordinator,, 1982-1987-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdindəki elmi tədqiqat mərkəzində elmi işçi işləmişdir. 1988-ci ildən həmin mərkəzin pataloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası çöbəsinin müdiri, 1996-cı ildən isə eyni zamanda Tibb İnstitutunun klinki farmologiya kafedrasının professorudur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fikriyyə İbrahimlinin əsas tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən posuntular və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunmuşdur. 1 monoqrafiyanın, 4 tədris vəsaitinin, 100-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası Bakı şəhəri 2002- s.207