Franklin adası (Qrenlandiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Franklin adası
dan. Franklin Ø
Ümumi məlumatlar
Sahəsi
  • 33,7 km²
Uzunluğu
  • 9,8 km
Eni 4,7 km
Hündür nöqtəsi 215 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°48′ şm. e. 66°35′ q. u.
Ölkə  Danimarka
Region
  • Qrenlandiya
Franklin adası xəritədə
Franklin adası
Franklin adası

Franklin adası (dan. Franklin Ø) — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən qayalıqdan ibarət olan ada. Konstitutsiya burnundan (dan. Kap Constitution) 4,8 km şimalda yerləşir. Arktik-tundra bitkiləri ilə örtülüdür. Ən yüksək nöqtəsi adanın cənub-şərqində yerləşir (215 m[1]). Franklin adasından cənub-şərqdə Kroze, şimal-qərbdə isə Hans adası yerləşir.

1854-cü ildə danimarkalı Hans Hendrik, Vilyam Morton və amerikalı Elişa Keyn adada olarkən onu araşdırmaçı Con Franklinin şərəfinə adlandırmışlar. Ada inzibati baxımından Danimarkanın ərazisi olan Qrenlandiyaya aiddir.

İstinadlar

  1. "Franklin Ø". Mapcarta. 20 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2016.