Nares boğazı ing. Nares Strait — Şimal Buzlu okeana daxil olan Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Baffin dənizini Linkoln dənizi ilə birləşdirir. Boğaz kiçik körfəz və boğazlara bölünür: Smit boğazı, Kenya körfəzi, Kennedi boğazı, Xoll körfəzi və Robeson boğazı. Boğazın ümumi uzunluğu 500 km, ən dar yerdə eni 18 km təşkil edir. Bu məsafə Kanada və Qrenlandiya arasında ən yaxın məsafədir. Kennedi boğazında Qansa adası yerləşir ki, bu ada iki ölkə arasında mübahisəli ərazidir. Boğazı britaniyalı dəniz zabiti, qütb araşdırmaçısı Corc Nares 1870-ci ildə bölgəni öyrənərkən aşkarlamışdır. Boğazın adı Kanada və Qrenlandiya tərəfindən 1964-cü ildə təsdiqlənmişdir. Boğazın isti cərəyanlardan uzaq olması onun sularını yayda belə buzdan azad olmasına imkan vermir. Bu səbəbdən burada yalnız buzqıran gəmilərdən istifadə edilir.
Nares boğazı | |
---|---|
ing. Nares Strait,dan. Nares Strædet | |
Ümumi məlumatlar | |
Eni | minimum 18 km |
Uzunluğu | 500 km |
Yerləşməsi | |
80°00′00″ şm. e. 70°00′00″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Qrenlandiya adasını Elsmir (ada)sını ayırır |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |