Fyodor Çalov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fyodor Çalov
Ümumi məlumatlar
Doğum tarixi 10 aprel 1998(1998-04-10)[1] (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 77 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998[1], Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır.[2]

Karyerası

Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur.[3]

Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur.[4] Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.[5]

Gənclər komandasında qolçuluq bacarığını ortaya qoyan futbolçu, tez bir zamanda əsas komandaya dəvət olunur. Onun "MOİK"in əsas heyətində debütu, 21 sentyabr 2016-cı il tarixində Futbol üzrə Rusiya kubokunun 16/1 mərhələsində "Yenisey" klubu ilə göruşdə baş tutur. Futbolçunun Rusiya Premyer Liqasında debütu isə, 6 noyabr 2016-cı ildə "Amkar" klubu ilə göruşdə baş tutur.[6] 2 həftə sonra, 22 noyabr 2016-cı il tarixində isə, "Bayern" klubuna qarşı oyunda "UEFA Çempionlar Liqası"nda debüt edir.[7]

3 dekabr 2016-cı ildə "Ural" komandası ilə oyunda (4:0) peşəkar karyerasında ilk qolunu vurur. 12 may 2017-ci ildə Tula "Arsenal" la qarşılaşmada (3:0) karyerasında ilk dublunu rəsmiləşdirir.

2017-ci ilin sonunda Rusiyanın ən yaxşı gənc futbolçusu seçilir.

12 aprel 2018-ci il tarixində, Avropa Liqasının dörddəbir finalı mərhələsində Londonun "Arsenal" klubu ilə baş tutan oyunda fərqlənərək avrokuboklarda ilk qolunu vurur. Aprelin 18-də "Amkar" komandası ilə oyunda dubl edir. Mayın 6-da isə Tula "Arsenal"ı ilə oyunun ilk hissəsində het=trik edərək 3 qol vurur.[8]

Futbolçunun "MOİK" ilə müqaviləsi 2024-cü ilin yayında bitir.[9]

Uğurları

Komanda

  • Rusiya Super Kubokunun Qalibi: 2018
  • Rusiya Çempionatının gümüş mükafatçısı: 2016/17, 2017/18

Fərdi

  • Rusiya çempionatının ən yaxşı bombardiri: 2018/19 (15 qol)
  • Rusiyanın ən yaxşı gənc futbolçusu: 2017
  • Rusiya çempionatının, qol+öturmə sistemi üzrə ən yaxşı futbolçu: 2018/19

İstinadlar

  1. 1 2 Fedor Chalov // Transfermarkt (çd.). 2000.
  2. "Arxivlənmiş surət" (PDF). 2021-04-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-21.
  3. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  4. "Arxivlənmiş surət". 2018-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  5. "Arxivlənmiş surət". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  6. "Arxivlənmiş surət". 2018-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  7. "Arxivlənmiş surət". 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  8. "Arxivlənmiş surət". 2018-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  9. "Arxivlənmiş surət". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.

Xarici keçidlər