Göyçə nahiyəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Göyçə nahiyəsi — 1728 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi

Kəndləri

  • Ağkilsə (Göyçə)
  • Böyük Ördək (Göycə)
  • Dəliqardaş[1]
  • Altuntaxt kənd[2]
  • Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87].
  • Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55].
  • Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir.
  • Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
  • Masruka- XVIII əsrin ortalarında Göycə mahalında bir tərkidünya kilsə adı [150,361]. Türk dillərində mes "dağın cənub tərəfi", "yüksəkliyin meşəsiz tərəfi" [126,369] və örük "dayanacaq", "gəliş yeri" [93, 390], "düşərgə" (143, 1,2,1223) sözlərindən ibarətdir.
  • Metstap - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361]. Ermənicə mets "böyük" və azərbaycanca "tap" sözlərindən ibarətdir. Bax: Tap.
  • Moz - Mos[3]
  • Oskaşen - XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150,360].
  • Parkis - XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150, 360].[4]
  • Portak - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361].
  • Sedanki - XVIII əsrin əvvəllərində Göycə mahalında kənd adı [150, 361]. Fars dilində se-”üç” və dəngə-”məhəllə”, “oba”, “kənd” sözlərindən ibarətdir.
  • Sercan- İrəvan əyalətinin Göycə nahiyəsində Qalacıq kəndi yaxınlığında monastır adı (23, 56).[5]
  • Sos- Göycə mahalında Göycə gölünün cənub-qərbində kənd adı. XIX əsrin əvvəllərində dağılmışdır.[6]
  • XABUL - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kənd adı [150, 361].
  • XACAR - XVIII əsrdə İrəvan əyaələtinin Göycə mahalında kənd adı [150, 360]. Erkən orta əsrlərdə Albaniyada Həcər tayfa adı ilə eynidir, lakin mənası məlum deyil.
  • XOLOZ - XVIII əsrin ortalarında Göyçə mahalında bir kənd adının ermənicə yazılışı [150, 360].
  • XOSABAK - XVIII əsrin ortalarında Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360].
  • XOSKAŞEN - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360][7]
  • HRANS - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Aran kənd adının ermənicə yazılışıdır. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir.
  • ŞARİS - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150, 361].
  • ŞAHAKÇI - 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [170, 12]. “Göycə gölünün sahilində yerləşir” (23, 55).


  • Çaykənd - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuş Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Hrazdan adlandırılmışdı.
  • Mədinə - İrəvan xanlığının Göycə mahalında kənd adı [159] 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərazisinin Aşağı Qetaşen kəndindən ermənilər zəbt etmişdir [20,303].[8]
  • SALMANAB - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir.
  • Rəhmankənd - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında kiçik məntəqə idi (136, 32). Kəndin digər adı Əfəndikənd olmuşdur (133, 209). XIX əsrin sonlarından sonra məlum deyil.[9]
  • HACI MUMUXAN - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Hacı Mumuxan kəndin əsasını qoymuş şəxs adıdır.
  • ŞORƏLİ - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir
  • ŞAHRUZ - İrəvan xanlığının Göycə mahalında kənd adı. XIX əsrin ortalarındja kəndin əhalisi sıxışdırılıb çıxarılmış və ermənilər yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Qeqamavan adlandırılmışdır.




İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  2. [1]
  3. [2]
  4. [3]
  5. "Arxivlənmiş surət". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  6. [4]
  7. [5]
  8. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  9. [6]