Gözəl bulaqotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gözəl bulaqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır. Qutucuğu 3mm, tüklü, iki pərli, dairəvi, dar, dərin girintilidir. Yuvası 16 toxumludur. Sütuncuğu 3 mm uzunluqdadır. Toxumları 1,5-2 mm uzunluqda, yumurtavari, hamar, qayıqşəkilli, sarıdır. [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi aprel-may, meyvə əmələgətirməsi may –iyun aylarında baş verir. Mezokserofitdir. Arandan aşağı dağ qurşağına kimi quru-gilli və daşlı yamaclarda, yovşanlıqlarda, əkinlərin kənarlarında rast gəlinir. [3]

Yayılması

Abşeron, Qobustan, Kür-Araz və Lənkəran ovalıqlarıdır. [3][4]

Sayı və tendensiyası

Populyasiyanın sayı azalır,aşama ərazisi məhdudlaşır, gələcəkdə itmə təhlükəsi yarana bilər.

Məhdudlaşdırıcı amillər

Antropogen faktorlar (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekortaiv kimi toplanması, infrastrukturun inkişafı, dəyişkən qilim amillərinə həssaslıq və ərazilərdə texnogen təsirin artmasıdır.

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, tozumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.

Sinonimləri

Veronica albanica K. Koch

İstinadlar

  1. http://redbook.az/?options=project&id=G%C3%B6z%C9%99l%20bulaqotu[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 Флора Азербайджан, 1957;
  4. Əsgərov A.M., 2006

Həmçinin bax