Günel Mövlud

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Günel Mövlud
Günel Vəzir qızı İmanova
Doğum tarixi 9 oktyabr 1981(1981-10-09) (42 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, tərcüməçi
Üzvlüyü

Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi.

Həyatı

Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir.

Tərcümələri

  • Viktor Pelevin. Omon Ra (roman).
  • Mariya Matios. Qiyamət günü (hekayə).
  • Tatyana Tolstaya. Sevimli Şura (hekayə).
  • Tatyana Tolstaya. Peters (hekayə).
  • Qabriel Qarsiya Markes. Yüz ilin tənhalığı (roman).
  • Haruki Murakami. Norveç meşəsi (roman).
  • Stendal. Qırmızı və qara (roman).
  • Vera Tulyakovanın xatirələri
  • Soljenitsin. İvan Denisoviçin bir günü

Filmoqrafiya

  1. Yalan (film, 2005)
  2. Buqələmun (film, 2012)

İstinadlar

Xarici keçidlər