PEN

PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir.

POR
PEN
PEN İnternational
Loqonun şəkli
Növü Mədəni
Fəaliyyəti Ədəbiyyat
Şüar Drammaturqlar, Oçerk yazıçıları və Roman yazıçıları!
Yaranma tarixi 5 oktyabr 1921
Rəsmi dili müxtəlif
Mərkəzi London
Sədr Con Ralston Saul
Üzvləri 104 ölkə, 144 klub
www.pen-international.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir.

PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü.

Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır.

1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur. Hər bir ölkənin PEN mərkəzi var və hər mərkəzin də öz qayda-qanunları var.

Konqress və üzvlük

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq PEN Kongresi isə hər il müəyyən yerdə keçirilir. Konqresin keçirələcəyi ölkə insan haqqlarına hörmət edən demokratik rejimə sahib olmalıdır.

PEN konqreslərində əsas müzakirə obyekti yazıçılarən dövlətdən gördükləri münasibət və həbsdə olan yazıçılardır . Bu səbələ 1960-cı ildə "Writers in Prison Committee" (Həbsdə Olan Yazıçılar Komitəsi) yaradıldı. Xaricdə yaşayn və ölkələri haqqında yaza bilməyən yazıçılar isə 1990-cı illərin sonlarında "Writers in Exile Network"u (Sürgün Yazıçılar Şəbəkəsi) qurdular və bu qrupun əsas məqsədi ölkəsindən qovulan yazıçının hüquqlarını qorumaqdır.

Birliyə üzv olmaq şərtləri İngiltərədəki PEN klubunun şərtlərinə əsaslanır. İrqçi, millətçi, dinçi olmayan, insan hüquqlarına hörmət edən və ən az iki kitabı nəşr olunan istənilən yazıçı PEN üzvü ola bilər.

PEN-in indiki prezidenti Kanadalı yazıçı Con Ralston Saul və köməkçisi türk əsilli ingilis yazıçı Moris Farhidir.

PEN prezidentləri

[redaktə | mənbəni redaktə et]
PEN prezidentləri
Con Qolsuorsi 1921–1932
Herbert Uells 1932–1935
Jül Romayns 1936–1939
Komitə: Denis Saurat, Fransua Moriak, Tornton Uilder, Hu Şih 1941–1946
Moris Meterlink 1947–1949
Benedetto Krose 1949–1953
Çarlz Lanqbriç Morqan 1954–1956
Andre Çamson 1957–1959
Alberto Moravia 1960–1962
Viktor E.Van Visland 1963–1965
Artur Miller 1966–1969
Pyerr Emmanuel 1970–1971
Henrix Böll 1972–1973
V.S. Pritçett 1974–1976
Mario Varqas Lyosa 1977–1979
Pyer Vatberq 1979–1986
Fransis Kinq 1986–1989
Rene Tavernier may-noyabr 1989
Pyer Vastberq noyabr 1989 – may 1990
Dyörqi Konrad 1990–1993
Ronald Harvud 1993–1997
Homero Aridcis 1997–2003
Jiri Qruşa 2003–2009
Con Ralston Saul 2009 – h.h.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]