Gürgən (Azərbaycan)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gürgən
40°23′42″ şm. e. 50°20′24″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Pirallahı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1860
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gürgən xəritədə
Gürgən
Gürgən

GürgənAzərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.

Coğrafiyası və iqlimi

Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir.

Quru subtropik iqlimə malikdir.

Adının mənşəyi

Gürgan sözü farstat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur.

Tarixi

Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır. Şəhər girgan tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Girganlar Xəzərin cənub-q. sahilində yaşamışlar. Belə ehtimal edilir ki, girganların müəyyən hissəsi Xəzər sahili boyu hərəkət etmiş və Abşeronda məskunlaşmışlar.[1]

İstinadlar

  1. Gürgən (Azərbaycan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.