Tat dili və ya Tati fars dili[1][2] — Qafqazda yaşayan tatların dili.
Tat dili | |
---|---|
Orijinal adı | зугьун тати, zuhun tati, zuban tati |
Ölkələr | Rusiya, Azərbaycan |
Regionlar | Dağıstan, Quba, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Lahıc, Bakı, Abşeron, Hacıqabul |
Rəsmi status | Dağıstan |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | kiril əlifbası, latın əlifbası (tat yazısı) |
Dil kodları | |
QOST 7.75–97 | тат 665 |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 |
ttt — tat dili jdt — dağ yəhudilərinin dialekti |
Dilin strukturlarının dünya atlası | tmu |
Atlas of the World’s Languages in Danger | 1059 |
IETF | ttt |
Glottolog | cauc1242 |
Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, Şabran və Abşeron ərazilərində danışılır.[3] Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir.[3] Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir.[3]
Tat dilində 33 səs vardır.
Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. [4] Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir. Əlavə də edir ki, onlardan 9-u monoftonq , 4-ü isə diftonqdur. [5]
İran alimlərinin bir qismi hesab edir ki, tat dili fars dilinə yaxın olan bir ləhcədir.[3] Bu alimlərin bir qismi düşünür ki, Abşeron tatlarının dili gilan və mazandaran dilləri ilə Mərkəzi İran dialektləri arasında qərarlaşıb.[3] Başqa sözlə, tat dilinin gilan, mazandaran, talış dilləri ilə yaxınlığı mövcuddur.[3] Aleksandr Qrünberq hesab edir ki, tat dilinin tacik dilinə də genetik bağlılığı var.[3]
Tat dilinin mənsub olduğu Hind-İran kök dili e.ə. II minillikdə Hind-Avropa dil ailəsində təcrid olunmuşdur.[3] Həmin minilliyin sonunda isə İran və hind dil qollarına parçalanmışdır.[3] E.ə. I minilliyin birinci yarısında qədim irandilli tayfalar İran yaylasının mərkəzində və cənubunda məskunlaşmışdırlar.[3][3]
Tat dili ləhcələri aralarındakı müxtəlifliyə görə üç böyük qrupa bölünür:
1. Tat dilinin Şimal ləhcələri: buraya Quba, Dəvəçi, Qonaqkənd və Qızıl Qazma ləhcələri (Xızı rayonu);
2. Tat dilinin Mərkəzi: Ərüsküş-Daqquşçu, yaxud Xızı ləhcəsi (Xızı rayonu);
3. Tat dilinin Cənub ləhcələri: buraya da, əsasən, Abşeron,Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) ləhcələri daxildir. [5]