Hüseyn bəy Ququşov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hüseyn bəy Həsən bəy oğlu Ququşov (28.01.1884 – 15.04.1921) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik-leytenant.

Həyatı

Hüseyn bəy Ququşovun doğulduğu və vəfat etdiyi tarix dəqiq bilinmir. Güman olunur ki, cümhuriyyət işğal edildikdən sonra Türkiyəyə mühacirətə getmişdir.

Hüseyn bəy Ququşov hərbi nazirin 1919-cu il 4 yanvar tarixli əmri ilə II piyada alayının komandiri təyin edilmişdi. Hərbi nazirin 1919-cu il 25 iyun tarixli əmri ilə bu alay II Quba piyada alayı, 1919-cu il 14 iyul tarixli tarixli əmri ilə IV Quba piyada alayı adlandırılmışdı. Hüseyn bəy Ququşov bu alayın komandiri kimi Qarabağda daşnak-erməni üsyanının yatırılmasında iştirak etmişdir.

Hüseyn bəy Ququşov, həmçinin ŞəkiNaxçıvanda da cümhuriyyət dövründə hərbi xidmət keçmişdir.[1][2]

Mənbə

İstinadlar

  1. "Naxçıvanda Erməni-Azərbaycan münaiqşəsi" (PDF). 2014-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-05.
  2. "Şəkinin tarixi qaynaqlarda". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.