Hüseyn bəy Həsən bəy oğlu Ququşov (28.01.1884 – 15.04.1921) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik-leytenant.
Hüseyn bəy Ququşovun doğulduğu və vəfat etdiyi tarix dəqiq bilinmir. Güman olunur ki, cümhuriyyət işğal edildikdən sonra Türkiyəyə mühacirətə getmişdir.
Hüseyn bəy Ququşov hərbi nazirin 1919-cu il 4 yanvar tarixli əmri ilə II piyada alayının komandiri təyin edilmişdi. Hərbi nazirin 1919-cu il 25 iyun tarixli əmri ilə bu alay II Quba piyada alayı, 1919-cu il 14 iyul tarixli tarixli əmri ilə IV Quba piyada alayı adlandırılmışdı. Hüseyn bəy Ququşov bu alayın komandiri kimi Qarabağda daşnak-erməni üsyanının yatırılmasında iştirak etmişdir.
Hüseyn bəy Ququşov, həmçinin Şəki və Naxçıvanda da cümhuriyyət dövründə hərbi xidmət keçmişdir.[1][2]