Həft sin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yeddi "S" süfrəsi (Tehran, İran)

Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفت‌سین‎) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir.

Yeddi S əşyaları bunlardır:

  1. Sabzeh (fars. سبزه‎) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir.
  2. Samanu (fars. سمنو‎) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir.
  3. Senjed (fars. سنجد‎) — qurudulmuş iydə. Sevgini simvolizə edir.
  4. Sir (fars. سیر‎) — sarımsaq. Tibbi simvolizə edir.
  5. Sib (fars. سیب‎) — alma. Gözəllik və sağlamlığı simvolizə edir.
  6. Somāq (fars. سماق‎) — Sumaq. Günəşin doğuşunun rəngini simvolizə edir.
  7. Serkeh (fars. سرکه‎) — sirkə. Qocalığı və səbri simvolizə edir.

Digər süfrə atributları:

  • Güzgü
  • Lampa
  • Nar
  • Rənglənmiş yumurtalar

İstinadlar

Xarici keçidlər