Paxla

Paxla (broad bean, faba bean eng.) Vitaminzülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir.

Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.

Paxla təzə və quru olaraq istehlak edilə bilər. Çiçəkləri və yarpaqları da istifadə edilir. Paxlanı qabıqlarıyla yemək mineral və vitamin itkisini azaldır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qan şəkərini yüksəldir. Bu səbəblə şəkər xəstələrinə tövsiyə edilmir.