Həqiqi yasəmən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Həqiqi yasəmən (Jasminum officinale)  — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqları uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, saplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçıçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir.[3]

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may-iyun, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast gəlinir. Dərman bitkisidir.[3]

Yayılması

Lənkəran ovalığıdır.[3]

Sayı və tendensiyası

Populyasiyanın ehtiyatı azdır, lakin əhəmiyyətli dərəcədə dəyişilmir.

Məhdudlaşdırıcı amillər

Antropogen təsirlərdir(otarılma, tapdalanma).

Mühafizə tədbirləri

Qorunma tədbirləri hal-hazırda aparılmır.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=H%C9%99qiqi%20yas%C9%99m%C9%99n[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 Флора Азербайджана, 1957