Ağ jasmin (lat. Jasminum officinale) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Ağ jasmin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Ağ jasmin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir.
Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Parlaq, günəşli yerdə yaxşı bitir. Oduncaqlı gövdələri möhkəmdir, lakin küləkdən qorunan yerə əkmək və soyuqdan qorumaq lazımdır. Yayda bitki 20-240C temperaturda daha yaxşı inkişaf edir. Yazda və yayda bol, qışda isə az suvarılmalıdır. Vegetasiya dövründə bir və ya iki həftədən bir kompleks, universal gübrə verilir. Ağ jasmin qidalı, kompostlu torpağa üstünlük verir. Bitkilər çiçəkləmə qurtardıqdan sonra köçürülür. Xəstəliklərə çox davamlı bitkidir və zərərvericilərlə (mənənə ilə) az yoluxur.
Dendroloji parkda introduksiya edilmişdir, bir çox rayonda mədəni şəraitdə becərilir. Yabani vəziyyətdə isə Lənkəran dağlarında rast gəlinir.
Tərkibində efir yağı vardır, aromaterapiyada, dermotologiyada, antiseptik xüsusiyyətlərinə görə soyuqdəymədə istifadə olunur.
Populyasiyanın ehtiyatı azdır, lakin əhəmiyyətli dərəcədə dəyişilmir.
Antropogen təsirlərdir (otarılma, tapdalanma).
Qorunma tədbirləri hazırda aparılmır.