Hacı Ağa Ələsgər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı.

Fəaliyyəti

Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur[1]. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir[1].

Əsəri

Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır[1]. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir[2]. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır[2]. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur[2].

İstinadlar

  1. 1 2 3 Fariz Xəlilli. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. Bakı - 2009, səh. 110, history.az  (az.)
  2. 1 2 3 Fariz Xəlilli. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. Bakı - 2009, səh. 111, history.az  (az.)