Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı.
Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur[1]. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir[1].
Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır[1]. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir[2]. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır[2]. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur[2].