Helmut Qutyerres

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Helmut Qutyerres
Ümumi məlumatlar
Doğum tarixi 2 iyul 1987(1987-07-02) (36 yaş) və ya 2 iyul 1984(1984-07-02)[1] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi yarımmüdafiəçi

Helmut Qutyerres (2 iyul 1987 və ya 2 iyul 1984[1], La-Pas) — Boliviya futbolçusu.

Peşəkar karyerasını 3 il əvvəl "La-Pas"da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. 2009-cu il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub. Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut "pentakampeonlar" üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub.

2010-cu ilin yanvarından karyerasını Azərbaycanda davam etdirəcək. Qeyd edək ki, Helmut Azərbaycana üz tutan üçüncü boliviyalı futbolçu olacaq. Ona qədər "La-Pas"ın digər oyunçuları Auqusto Andaveris "İnter", Xulio Sezar "Standard"ın heyətində çıxış edib[2].

İstinadlar