La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu)[2] — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi.
Paytaxt | |
La-Pas | |
---|---|
La Paz Chuqiyapu | |
16°29′45″ c. e. 68°08′00″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 20 oktyabr 1548 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3.640 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +591 2 |
Poçt indeksi | 0201–0220 |
Digər | |
lapaz.bo | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir.
Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir.
La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C).
Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız"). 1898-ci ildə ölkənin faktiki paytaxtına çevrilir. Tarixən çox sayda qiyamların, inqilabların və dövlət çevrilişlərinin şahidi olub.
Şəhərdə yeyinti, yüngül və tütün sənayesi müəssisələri yerləşir. Dəmiryol xətti var, beynəlxalq aeroporta malikdir.
La Pas ən yüksəklikdə yerləşən milyoner şəhər və paytaxtdır. El Alto Beynəlxalq Aeroportu ən yüksəklikdə yerləşən beynəlxalq aeroportdur (dəniz səviyysindən 4050 metr yüksəklikdə).
Yüksəkliyə görə La Pasda su 88 °C-də qaynayır (190 °F).
La Pas şəhərinin mərkəzi avtobus stansiyası Eyfel qülləsinin layihəçisi Qustav Eyfel tərəfindən layihələndirilib.