Hideyo Noquçi Memorial Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hideyo Noquçi Memorial Muzeyi
Xəritə
Əsası qoyulub 21 may 1939[1]
Ölkə
Yerləşir İnavaşiro[d]
37°32′10″ şm. e. 140°04′25″ ş. u.
noguchihideyo.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan?)Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey.[2] Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur.[2]

Tarixi

Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır.[3] 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır.[3]

Xüsusiyyətlər

Muzeyin suvenir mağazası.

Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur.[2] Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam".[2]

Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir.[2] Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir.[2] "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir.[2] Onun Danimarka, Meksika, Peru, EkvadorAfrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır.[2]

"Əsl Hideyo" sərgi otağında Noquçinin Nyu-Yorkun Şandeken qəsəbəsində yerləşən evinin replikası yaradılmışdır.[2] Evin divarları Noquçiyə aid olan rəsmlər və xəttatlıq işləri ilə bəzədilmişdir.[2] "Həkimin laboratoriyası" bölməsində robotik Hideyo Noquçi quraşdırılmışdır.[2] Bu robot ziyarətçilərin Noquçi haqqındakı suallarını cavablandırır.[2] Anası Şikanın 1915-ci ildə Yaponiyaya qayıtması üçün Hideyoya yazdığı məktub da muzeydə sərgilənən materiallardan biridir.[2]

Bunlardan əlavə, muzeyin elmi bölməsində bakteriyalar və yoluxucu xəstəliklərin tədqiqatı haqqında məlumatlar verilir.[2] 1000 yenlik əsginas üçün istifadə olunmuş Noquçi portretinin sərgilənməsi üçün muzeydə kiçik əsginas bölməsi yaradılmışdır.[2]

İstinadlar

  1. https://www.noguchihideyo.or.jp/kinenkai/history.html.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Birthplace of a Bacteriologist: A Visit to the Hideyo Noguchi Memorial Museum in Inawashiro, Fukushima". Nippon.com (ingiliscə). 27 may 2022. 24 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2022.
  3. 1 2 "理事長あいさつ". Rəsmi saytı (yaponca). 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2022.

Xarici keçidlər