IX korpus (film, 2012)
IX korpus | |
---|---|
IX korpus | |
Fayl:IX korpus (film, 2012).jpg | |
Janr |
sənədli qısametrajlı tarixi müharibə |
Rejissor | Tahir Əliyev |
Ssenari müəllifləri |
Andrey Malniç (Sloveniya) Tahir Əliyev |
Operator | Elşən Həsənoğlu |
İstehsalçı | "Salnamə" kinostudiyası |
İlk baxış tarixi | 2012 |
Filmin digər adı | 9-cu korpus |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 26 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Məzmun
Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan[1] və qəhrəmanlığından bəhs edilir.[2]
Mükafat
2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Filmin üzərində işləyənlər
Ssenarist: Andrey Malniç (Sloveniya), Tahir Əliyev
Rejissor: Tahir Əliyev
Operator: Elşən Həsənoğlu
İstinadlar
- ↑ "Payızda 2 Azərbaycan filminin təqdimatı keçiriləcək". 2012-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
- ↑ "Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı