Tahir Əliyev (rejissor)

Tahir Cabbar oğlu Əliyev (28 aprel 1975, Bakı) — Azərbaycan kinorejissoru.

Tahir Əliyev
Tahir Cabbar oğlu Əliyev
Digər adı Tahir Tahiroviç
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1998–h.h.
Təhsili

Tahir Əliyev 28 aprel 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (Cəmil Quliyevin emalatxanası) təhsil alıb (1993–1998). Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb. (2012–2014).

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır.

Tahir Əliyev "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995–2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003–2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007–2008), "Salnamə" kinostudiyasında quruluşçu rejissor (2008–2016) kimi çalışıb. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. [1]"Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür.

  • Respublika "Gənclər mükafatı" (2005)
  • Kinematoqrafiya sahəsindəki uğurlarına görə "İlin ən yaxşı sənədli film rejissoru" mükafatı — 2005, Bakı
  • V Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat), 2005, Bakı
  • V Volakalamsk Beynəlxalq Kinofestivalı (mətbuat mükafatı) – 2007, Moskva
  • VII Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat) — 2007, Bakı
  • V Avroasiya Beynəlxalq Kinofestivalı (I dərəcəli diplom) — 2009, Sevastopol
  • XVlll- "Zolotoy Vityaz" Kinoforumu (diplom) — 2009, Lipetsk
  • lV "İnsan və Müharibə" Beynəlxalq Kinofestivalı (priz) — 2009, Yekaterinburq
  • Atatürk Ərzurum Universitetinin Eyitim fakültəsinin xüsusi diplomu – 2009, Ərzurum
  • Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatı — 2010, Novo-Qoriça
  • "Bilik Aləmi" Beynəlxalq Kinofestivalı xüsusi diplomu −2010, Sankt-Peterburq
  • "S. Bondarçuk adına" Beynəlxalq Kinofestivalı (priz) — 2010, Volakalamsk
  • XX — "Zolotoy Vityaz" Kinoforumu (diplom) — 2011, Kursk
  • Kars Kafkas Universitetinin diplomu — 2012, Kars
  • "Azərbaycan Alman" dostluq cəmiyyətinin xüsusi diplomu — 2012, Bakı
  • Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (diplom)-2014, Bakı
  • XI Avroasiya Beynəlxalq Kinofestivalı (diplom) — 2015, Sevastopol
  • Rusiya Federasiyasının prezidenti V. Putininin, Böyük Vətən Müharibəsi mövzusuna kinoda töhfələrinə görə , "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə" mükafatı və xatirə medalı — 2015, Moskva[1]
  • İlin ən yaxşı televiziya filmi. "Qızıl pəri" kino mükafatı ("Unudulmuş partizan") — 2015, Bakı[2]
  • Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" xatirə medalı — 2016, Varşava
  • "Rasim Ocaqov" adına kinofestival – "Ən yaxşı bədii film"[3] 2018, Şəki

Rejissor kimi

  1. Yaz havası (film, 1998) (bədii film)
  2. Özgələr arasında doğma (film, 2004) (sənədli film)
  3. Akademik Yusif Məmmədəliyev (film, 2005) (sənədli film)
  4. Nəimi (film, 2005) (sənədli film)
  5. Arpaçay (film, 2006)
  6. Kuklalar, adamlar… (film, 2006) (sənədli film)
  7. Sərhədsiz ürək (film, 2006) (sənədli film)
  8. Səhra gülü (film, 2007) (sənədli film)
  9. 125 illik yol (qısametrajlı sənədli film)
  10. Sofya (film, 2008) (sənədli film)
  11. Təxəllüsü "Mixaylo" (film, 2008)[4](sənədli film)
  12. Parisli azərbaycanlı (film, 2009) (sənədli film)
  13. Akademik (sənədli film, 2010)
  14. Xəzərdən Dunaya (sənədli film, 2010)[5]
  15. Kazım Qarabəkir Paşa (sənədli film, 2010)[6][7]
  16. Qafqaz qartalının uçuşu (sənədli film, 2010)[8]
  17. Sizi çox sevirəm (sənədli film, 2010)
  18. 21-ci ilin payızı (sənədli film, 2011)
  19. Boş yerə təbil vurma (sənədli film, 2011)
  20. Medo Hollandiyadadır (sənədli film, 2011)
  21. IX korpus (sənədli film, 2012)
  22. Unudulmuş partizan (sənədli film, 2012)[9]
  23. Parisdən məktublar (sənədli film, 2013)[10]
  24. Səsdən usanmışlar (bədii film, 2014)
  25. Qafqazdan Appeninə (sənədli film, 2014)
  26. Düdəngədən Münhenə (sənədli film, 2015)
  27. Polkovnik (sənədli film, 2015)
  28. Gecikmə (sənədli film, 2019)
  29. Cümhuriyyət tələbələri (sənədli film, 2018)
  30. Mirzə Cəlilin Azərbaycanı (sənədli film, 2019)
  31. Qırmızı (bədii film, 2020)
  32. O, Xarqo idi (sənədli film, 2021)

Ssenari müəllifi kimi

  1. IX korpus (film, 2012) (qısametrajlı sənədli film)

Aktyor kimi

  1. Əbədi ezamiyyət (film, 2016) (tammetrajlı sənədli-bədii film)

Məsləhətçi kimi

  1. Əbədi ezamiyyət (film, 2016) (tammetrajlı sənədli-bədii film)

Bədii rəhbər kimi

  1. Sakit gün (film, 2016)
  2. Ürək yaddaşı (film, 2016)
  3. İqlimlər (film, 2016)
  4. Bu Azərbaycan sirkidir (film, 2016)
  5. Sonluğun izi ilə (film, 2016)
  6. Ömrümün qızıl payızı (2017)
  7. Sarıbaş (2017)
  8. Sonuncu akkord (2017)
  9. İki dünya arasında (2017)
  10. Şahtaxtı (2017)
  11. Daşla danışan adam (2017)
  12. Orkestr və mən (2017)
  13. Əfsanə (2017)
  14. Mənim adım Ələkbər (2017)
  15. Qara dəlik (2017)
  16. Əliaçıq xəsis (2017)
  17. Ölməz Murtuza (2017)
  18. Cavabsız sual (2017)
  19. Ölümündən sonra məhkəmə (2017)
  20. Dəmirin yolu (2017)
  21. Həqiqət sorağında (2017)
  22. Hələ axşam olmayıb (2017)

İştirak etdiyi film

  1. 125 illik yol (qısametrajlı sənədli film)
  2. Köhnə çamadanlar (film, 2022) (Art direktor kimi)

Prodüsser kimi

  1. Hüseyn xan Naxçıvanski. Qayıdış (film, 2014) (tammetrajlı sənədli film)
  1. 1 2 Putin Azərbaycan rejissorunu təltif etdi [ölü keçid]. kulis.lent.az, 22.09.2015 (az.)
  2. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  3. AzərTAc. "Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəkidə təntənə ilə qeyd olunub" (PDF) (az.). Anl.az. 25.11.2018. 2022-04-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-03-06.
  4. Stalin və "Mixaylo": [Rejissor Tahir Əliyevin "Mixaylo" sənədli filmi haqqında APA-ya müsahibəsi] //Femida.- 2008.- 2 avqust.- S. 8.
  5. Reyhan. "Xəzərdən Dunaya" sənədli filminin təqdimatı: ["Nizami" Kino Mərkəzində rejissor Tahir Əliyevin lentə aldığı eyniadlı sənədli filmi] //Mədəniyyət.- 2012.- 6 iyun.- S. 3.
  6. Hacılı, İ. "Kazım Qarabəkir Paşa" sənədli filmi təqdim olundu: [Kinematoqrafçılar İttifaqında rejissor Tahir Əliyevin quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Mədəniyyət.- 2010.- 30 aprel.- S. 11.
  7. "Kazım Qarabəkir Paşa" filmi təqdim olundu: [İstanbulun Taksim Kültür Mərkəzində rejissor Tahir Əliyevin türk generalına həsr olunmuş eyni adlı sənədli filminin təqdimat mərasimi keçirildi] //Mədəniyyət.- 2011.- 11fevral.- S. 6.
  8. Yeganə. "Qafqaz qartalının uçuşu" sənədli filminin çəkilişi başa çatıb: [Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevdən bəhs edən filmin rejuissoru Tahir Əliyevdir] //Mədəniyyət.- 2010.- 16 iyul.- S. 3.
  9. Lalə. Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb: Sloveniyanın Nova Qoriça şəhərində rejissor Tahir Əliyevin "Salnamə" kinostudiyasında lentə aldığı iki filmə baxış olub: [Kromberq muzeyində "IX korpus" və "Unudulmuş partizan" filmi göstərilib] //Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 4.
  10. Hüseynov, F. "Parisdən məktublar": [Nizami Kino Mərkəzində görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş rejissor Tahir Əliyevin eyniadlı sənədli filminin təqdimatı keçirilmişdir] //Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]