I Bist körpüsü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir.

Memarlıq quruluşu

Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir.

Tarixi

Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar.

Mənbə

  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.