Ichthyaetus melanocephalus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ichthyaetus melanocephalus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Ichthyaetus melanocephalus
Beynəlxalq elmi adı

Ichthyaetus melanocephalus (lat. Ichthyaetus melanocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ichthyaetus cinsinə aid heyvan növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(EN). Təhlükə altındadır.

Genefond əhəmiyyəti

Azərbaycanda cinsin 8 növün-dən biridir.

Qısa təsviri

Başı və boynunun yuxarı hissəsi parlaq qara, qanadlarının ucu ağdır. Dimdiyi iri və qırmızıdır, amma qara zolağı var.

Yayılması

Avropa və Asiyada yayılıb, qışlamaq üçün Aralıq dənizinə qədər miqrasiya edir. Azərbaycanda Bakı arxipelaqında nəsil verir. Miqrant populyasiyası Xəzər dənizi sahilində və daxili su hövzələrində müşahidə olunur.

Yaşayış yeri və həyat tərzi

Bitki örtüyündən məhrum olan kiçik adada nəsil verir. Yem üçün materikə uçur. Əsasən miqrasiya dövründə olur, kiçik bir populyasiyası Bakı arxipelaqının Babur-Qutan adasında nəsil verir. May ayında gəlir. Adada yosundan suya yaxın yuva tikir, içəri¬si¬nə lələk döşəyir, 2-3 açıq rəngli (ağımtıl-boz) yumurta verir, 27-28 gün kürt yatır, iyun ayının ikinci yarısında körpə ba¬la¬ları olur, avqustda isə pərvaz balaları müşahidə edilir. Adanın və dənizin sahilindən xırda balıq ovlayır, lakin çox vaxt materikə uçub həşərat və başqa onurğasızları, bəzən də siçanabənzər gəmiriciləri ovlayır.

Sayı

1980-ci illərə qədər Azərbaycanda nəsil verməsi məlum olmayıb. 1982-ci ildə Q.T. Mustafayev Bakı arxipe-laqının Babur-Qutan adasında nəsil verməsini öyrənib və öz diplomçu tələbəsi Yaşar Hüseynovun diplom işi əsərinə daxil etdirib. Sonrakı sayı 04. 01. 1998-ci ildə Samur çayının deltasında 49 fərd, 13 may 1989-cu ildə Bakı arxipelaqının Qutan adasında 28 cüt (reproduktiv), 13 aprel 1990-cı ildə Kiçik Qızılqaz gölündə (Şirvan Milli Parkı) 1 fərd olub. 2002-ci ildə Azərbaycanda 350, 2009-cu ildə isə 140 fərd qarabaş qağayı qeyd olunub.

Məhdudlaşdırıcı amillər

Adaların yaxınlığında icazəli ovçuluq edilməsi, qağayıların yumurtasından ərzaq kimi istifadə olunması, səs-küyün çoxalması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var. Əsas yemi çəyirtkə və siçandır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması və yumurtasının yığılması qadağandır. Faydalı fauna sta-tusu ilə qorunur. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində olan yasaqlıqlar əsas biotopudur. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Bakı və Abşeron arxipelaqlarının Dövlət Təbiət Yasaqlığı statusu ilə qorunması çox faydalı olar.

İstinadlar

Həmçinin bax