Internet Systems Consortium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Internet Systems Consortium (ing. ISC) — İnternet şəbəkəsinin infrastrukturunun saxlanmasına yardım edən qeyri-kommersiya təşkilatı. ISC açıq mənbəli proqram təminatının (OPEN SOURCE SOFTWARE) işlənib hazırlanması və dəstəklənməsi ilə məşğul olur. ISC 1994-cü ildə Rik Adams (Rick Adams), Karl Malamad (Carl Malamud) və Pol Viksi (Paul Vixie) tərəfindən İnternetin fəaliyyəti üçün proqram təminatının etalon reallaşdırmalarının işlənib hazırlanması və dəstəklənməsi məqsədilə Internet Software Consortium adı ilə yaradılıb. 2004-cü ildə adı dəyişdirilərək Internet Systems Consortium qoyulub.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər