Juniperus semiglobosa

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Juniperus semiglobosa
Elmi təsnifat
Aləm:
Şöbə:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Juniperus semiglobosa
Beynəlxalq elmi adı
  • Juniperus semiglobosa

Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür. Çiçəkləməsi may ayında olur.

Qozalarının ölçüsü 2 sm-ə qədərdir. İkinci il yetişir. Toxumla çoxaldılır. Qışadavamlılığı aşağıdır. Quraqlığa davamlıdır. İlk illərdə kölgələndirmək lazımdır.

Azərbaycanda son dövrlərdə, AbşerondaLənkəranda park və bağlarda mədəni şəraitdə yetişdirilir.

İstinadlar

Həmçinin bax