Kənd təsərrüfatı kommunası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kənd təsərrüfatı kommunasıSSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.[1]

İstinadlar

  1. Кәнд тәсәррүфаты коммунасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 343.