Kənd təsərrüfatı kooperasiyası

Qvineyada kənd təsərrüfatı kooperasiyası/

Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiyaYaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur.[1]

  1. Кәнд тәсәррүфаты кооперасијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 343.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]