Kərpicvari qarğa soğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. [1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür.[2]

Qısa morfoloji təsviri

Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir [3][4]

Yayılması

Böyük Qafqazın Quba hissəsi və şərqi [3][4][5].

Sayı və tendensiyası

Populyasiyalarında azalma (30%) tendensiyası müşahidə olunur .

Məhdudlaşdırıcı amillər

Antropogenzoogen amillər [4]. Əhali tərəfindən intensiv yığılması, otarılma və tapdalanma nəticəsində yayılma sahəsi məhdudlaşır.

Mühafizə tədbirləri

Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların salınması vacibdir.

Sinonimləri

Gladiolus apterus Klokov.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=K%C9%99rpicvari%20qar%C4%9Fa%20so%C4%9Fan%C4%B1[ölü keçid]
  3. 1 2 3 1. Флора Азербайджана, 1952
  4. 1 2 3 2. İbadlı O.V. 2004
  5. 3. Конспект флоры Кавказа, 2006