Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. [1]
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür.[2]
Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir [3]
Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir [3][4]
Böyük Qafqazın Quba hissəsi və şərqi [3][4][5].
Populyasiyalarında azalma (30%) tendensiyası müşahidə olunur .
Antropogen və zoogen amillər [4]. Əhali tərəfindən intensiv yığılması, otarılma və tapdalanma nəticəsində yayılma sahəsi məhdudlaşır.
Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların salınması vacibdir.
Gladiolus apterus Klokov.